Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 09:55

N.Cəfərlinin şikayətinə avqustun 17-də baxılacaq


Natiq Cəfərli polis maşınında aparılarkən- [video]
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Natiq Cəfərli polis maşınında aparılarkən- [video]

REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı müəyyən edilib.

N.Cəfərlinin vəkili Cavad Cavadlı AzadlıqRadiosuna deyib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində avqustun 17-si saat 15:00-da baxılacaq. Məhkəmə qapalı keçiriləcək.

Avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
N.Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

REAL hərəkatı bəyanat verərək, həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib.

Buna da bax - Niyə tuturlar? Son bir neçə günün həbslərinə mümkün izahlar

XS
SM
MD
LG