Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 23:43

Həbslərin yeni dalğasımı başlandı?


Toğrul İsmayılov (solda) və Elşən Qasımov
Toğrul İsmayılov (solda) və Elşən Qasımov

Natiq Cəfərlidən sonra NİDA-çı gənc Elgiz Qəhrəmanov barədə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Ötən gün REAL-çı 2 gənc Toğrul İsmayılov və Elşən Qasımov yoxa çıxmışdı. Avqustun 16-da hər birinə 7 sutka həbs verildi. Bəxtiyar Hacıyevin də məhkəməsidir.

Həbslərin yeni dalğası başlandı? Bir də həbslərə səbəb nədir? Referendum ərəfəsi tənqidi səslərin kəsilməsi? İqtisadi vəziyyətin ağırlaşması? Və ya bəlkə Qarabağ probleminin həllində mümkün güzəştlər?

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər yeni həbs dalğasını ölkənin və hakimiyyətin özünün vəziyyətinin ağır olması ilə əlaqələndirir:

İsa Qəmbər
İsa Qəmbər

“Həbslərin yeni dalğasının mütləq səbəbinin olması fikri o qədər də uğurlu fikir deyil. Problem müxtəlifdir. Hakimiyyət nöqteyi- nəzərindən daha önəmli səbəbləri ola bilər. Ümumilikdə mən bunu onunla izah edirəm ki, ölkə çox ağır bir vəziyyətdədir. Hakimiyyət də ağır vəziyyətdədir. Çünki hakimiyyətdəkilər hətta ekspertlərdən də, araşdırmaçılardan da daha dəqiq bilirlər ki, ölkədəki iqtisadi vəziyyət həddindən artıq ağırdır, ağırlaşması da davam edəcək.

Referendumu da gizli bir əməliyyat kimi sürətlə həyata keçirmək ideyası da bu bilgidən ortaya çıxıb. Biz hakimiyyətə son illərdə dəfələrlə ölkəni böhrandan çıxarmağı, ölkənin problemlərinin həlli yollarını göstərdik. Amma hakimiyyətsə bu referendum yolu ilə ölkəni böhrandan, ağır vəziyyətdən çıxarmaq yox, özünü,rejimi xilas etmək barədə düşünür. Təbii ki, yanlış düşüncələrdir. Amma hər halda rejimi xilas emək barədə düşünür. Həbsləri də mən bu konteksdən dəyərləndirirəm.

Bütövlükdə hakimiyyət cəmiyyətin fəallaşma istiqamətlərini görür, cəmiyyətin mövcud vəziyyətlə barışmayacağını başa düşür. Cəmiyyətdə xofu bərpa etmək istəyir. Müxtəlif siyasi təşkilatlara qarşı, vətəndaş cəmiyyətinin müxtəlif təmsilçilərinə qarşı hücum etməklə müxtəlif qruplar arasında spesifik xofu da bərpa etmək istəyir. Çalışır ki, gənclər, iqtisadçılar daha ehtiyyatlı davransınlar və.s. Ona görə də bu səbəblər kompleks səbəblərdir. Təbii ki, bu biabırçılıqdır.

İsa Qəmbər: "Ölkə ağır vəziyyətdədir...."
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Aydın məsələdir ki, bunlar hakimiyyətə heç bir şəkildə köməklik etməyəcək. Çünki mənim dəfələrlə dediyim ki, bu rejim bizim hər birimizi həbs edə bilər. Amma birincisi, hamımızı həbs edə bilməz. İkincisidə ki, hətta hamımızı həbs etsə belə ölkənin problemləri bununla həll olunası deyil. Ölkənin problemləri həll olunmasını tələb edir. əgər rejim bunu həll etmirsə, xalq və biz bu problemlərin həlli yolunu bilirik və həll edəcəyik.”

İKİ SƏBƏB

Milli Şuranın sədri Cəmil Həsənli isə bunu həm ölkədəki ağır iqtisadi durumla, həm də referendum öncəsi vəziyyətlə əlaqələndirir:

Cəmil Həsənli
Cəmil Həsənli

“Mənə elə gəlir ki, hər ikisi ilə bağlıdır. Çünki görünən odur ki, hakimiyyət rahat, başağrısız referendum keçirmək istəyir. Hansısa formada referendum əleyhinə çıxışların, etirazın olmasından məmnun deyil. Rahatsızlıq keçirir. Çünki referendum aktı o qədər antikonstitusiondur ki, buna qarşı etiraz təşkil edilməsi hakimiyyətin mahiyyətini ortaya qoyur. Çünki referenduma çıxarılan maddələrin böyük bir hissəsini Konstitusiya özü həmin maddələrə baxılmasını qadağan edir.

Eyni zamanda mənə elə gəlir ki, bu Türkiyədə baş verən hadisələr dalğasını indi hakimiyyət öz əleyhdarlarına qarşı çevirmək, uzun müddət edə bilmədiklərini indi bu gülənçi hərəkat ittihamlar fonunda gerçəkləşdirmək istəyir.

Şübhəsiz ki, bu prosesin belə geniş çapda yenidən başlanmasında hakimiyyət maraqlıdır və regionda cərəyan edən proseslər hakimiyyətə əlverişli olduğu üçün, xüsusilə Rusiya, İran, Azərbaycan kontekstində bəzi müzakirələrin aparılması hakimiyyətin demokratik düşərgəyə qarşı hücumunun güclənməsinə rəvac verən bir addım kimi qiymətləndirilməlidir.

Bütün bu vəziyyətdə hakimiyyət yenidən artıq belə deyərdim ki, özünü doğrultmamış, istintaq prosesində ifşa olunmuş ittihamları yenidən bərpa edir. Bir tərəfdən Natiq Cəfərliyə qarşı, NİDA-çı gənclərə qarşı həbs-qəti imkan tədbirləri seçildi. Dünən Əli Kərimli ilə bağlı hakimiyyətin əsas şər ruporu olan qəzetdə tamamilə əsassız, gülünc, qurama bu Gülən hərəkatı ilə bağlı bir ittiham irəli sürüldü.

Az əvvəl Əli Kərimlini şiə dövlət çevrilişinə cəhddə günahlandırırdılar, indi avtomatik olaraq daha çox sünni məzhəbçiliyi üzərində qurulmuş Gülən hərəkatı kontekstinə transfer eləməyə başladılar. Bütün bunlar repressiya yeni dalğasının başlanmasının əsas ifadə formalarıdır”.

HƏDƏF BƏLLİ OLUR

Siyasi şərhçi Azər Rəşidoğlu bildirir ki, siyasi həbslər daha çox referendumla bağlıdır. Onun fikrincə hakimiyyət referenduma son dərəcə ciddi yanaşır və bu prosesi problemsiz başa çatdırmaq istəyir:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“Mən bu məsələyə bir qədər kompleks yanaşmağın tərəfdarıyam. Məsələ ondadır ki, get-gedə iqtisadi böhran dərinləşir. Və Dağlıq Qarabağla bağlı da danışıqlar gedir. Əgər o mətbuata təqdim olunan model işə düşəcəksə, ictimai narazılıq olmasın deyə indidən qabaqlayıcı tədbirlər görmək istəyirlər.

Həm də həbs dalğasının daha çox referendumla bağlı olmasını düşünürəm. Belə ki, nədənsə bu referendum hakimiyyət üçün son dərəcə ciddi bir məsələdir və hakimiyyət tamamilə sakit bir tərzdə referendumu başa vurmaq istəyir. Güman edirəm ki, referendumdan sonra hansısa ciddi addımlar atılacaq. Məhz bu addımlar hansısa etirazları doğura bilər. Bu baxımdan hakimiyyət indidən özü üçün təhlükəsizlik zolağı yaratmaq istəyir.

Digər tərəfdən QHT işi adlanan bir problem var idi. 31 QHT-yə, hansılar ki, ABŞ və Qərb təşkilatları ilə işləyirdilər, Baş prokurorluq vergilər nazirliyinə həmin QHT-ləri yoxlamaqla bağlı siyahı göndərmişdi. Bu gün məhz həmin o təqiblərə məruz qalanlar həmin o 31 təşkilatın rəhbərləridir. Onların artıq bir hissəsi Azərbaycanı tərk edib, digər bir hissəsi həbs olunub və əfvə düşüb, bir qismi isə hələ belə demək mümkünsə neytral zonadadır.

Həmin siyahıya diqqət yetirsək, növbəti həbslər dalğasının kimə şamil olunacağını əsaslandıra bilərik. Həmin siyahıda bir daha vurğulayıram ki, daha çox Qərb donorlarından qrant alan təşkilatlardır. Bu baxımdan hədəfin kim oduğu, hansı tərəf olduğu bəlli olur”.

XS
SM
MD
LG