Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

Azərbaycan iqtisadiyyatında hər şey azalır - idxal da, ixrac da


Arxiv fotosu
Arxiv fotosu

2016-nın yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin 9 milyard 347 milyon ABŞ dollar olduğu bildirilir. Bu keçən ilin analoji dövrünə nisbətədn 26.89 faiz azdır.

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, idxalın həcmi 4 milyard 757 milyon ABŞ dolları olub (10.46 faiz azalma).

İxrac isə 4 milyard 589 milyon ABŞ dollarına (38.57 faiz azalma) bərabər olub.
Nəticədə 167 milyon 466 min ABŞ dollarlıq mənfi saldo yaranıb. Yəni ölkəyə daxil olan valyuta, ixrac olunandan azdır.

İxracda əsas neftdir

İxracda əsas yeri xam neft tutur – 77.47 %. Bundaş başqa, Azərbaycandan kənara satılan mallar arasında yenə də neft məhsulları 4.76% , meyvə-tərəvəz 3.88%, təbii qaz 3.09% yer tutub.

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşın, mexanizm , elektrik aparatları və avadanlıqları tutur - 23.45 %. Yeyinti məhsulları da idxalda 14.75% yer tutub.

ÜDM də azalır

Dövlət Statistika Komitəsi deyir ki, bu “tikinti sektoruna görədir.”

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 32 milyard 122 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 3% azdır.

Dövlət Statistika Komitəsi buna əsas səbəb kimi tikinti sektorunda istehsalın 30,7 % azalmasını göstərir.

Məlumatda bildirilir ki, ümumi daxili məhsulun 35,2 faizi neft-qaz sektorunun, 64,8 faizi isə qeyri-neft sahələrinin payına düşür.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 340,6 manat olub.

XS
SM
MD
LG