Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:05

AXCP fəalı hələ azad edilməyib


AXCP
AXCP

Avqustun 19-da polisin saxladığı AXCP Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev hələ də buraxılmayıb.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

G.Bayramlının sözlərinə görə, V.Fətiyev bir neçə gün izlənib. Sonradan onu küçədə saxlayaraq polisə aparıblar. V.Fətiyevin saxlanma səbəbi hələ bəlli deyil.

V.Fətiyev saxlanan zaman AXCP Beyləqan şöbəsinin sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb.

V.Fətiyev avqustun 19-da saxlanıb. Buna qədərsə Bakıda AXCP fəalları Qədim Bəkirov və Fuad Əhmədli tutulub. Q.Bəkirov polisə müqavimət göstərmək ittihamı ilə 25 sutka inzibati cəza alıb. F.Əhmədli isə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb. Ona CM-nin 302.1-ci (əməliyyat-axtarış haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

XS
SM
MD
LG