Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

Erməni politoloq: Bakı incə bir tələ qurur


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

►Məmmədyarovun açıqlamasını Yerevanda belə şərh edirlər

Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə bildirib ki, "Peterburqda Rusiya prezidentinin vasitəçiliyi ilə görüşdən sonra münaqişənin nizamlanmasına dair danışıqlar, deyəsən, düzgün istiqamətdə gedir".

Beynəlxalq məsələlər və təhlükəsizlik institutunun rəhbəri Stepan Safaryan hesab edir ki, rəsmi Bakı Qarabağ probleminin Rusiya planı üzrə nizamlanmasına hazır olduğuna eyham vurub.

Onun sözlərinə görə, Azərbaycan bununla Rusiyanı Ermənistana təzyiqi artırmağa sövq etməyə çalışıb.

Buna da bax: Rusiyanın şərtləri qəbul olunsa...

“BAKI İNCƏ BİR TƏLƏ QURUR”

"Yəni Bakı incə bir tələ qurur. Bu mənada narahatlığa əsas var. Çünki o, Rusiya planını dəstəkləməklə, faktiki olaraq, Yerevana təzyiqə yol açır," politoloq deyib.

Ancaq Seferyan-ın fikrincə, Azərbaycan əslində, Rusiyanın planını dəstəkləmir, Ermənistanla Rusiya arasında münasibətlərin kəskinləşməsi və Moskvanın İrəvana qarşı addımlar atmasından ötrü imitasiyaya gedir.

Seferyan hesab edir ki, bir tərəfdən güzəştlərə sadiq olduğunu göstərmək istəyən İrəvan, digər tərəfdən, özəlliklə də aprel döyüşləri və ölkədə baş qaldırmış etirazlardan sonra, bu planı Ermənistan cəmiyyətinə qəbul etdirə bilməyəcəyini anlayır.

"Hər iki tərəf, sadəcə, bu nizamlama variantının tərəfdarı olduğunu göstərməyə çalışır. Ancaq əslində, bu variant onların hər ikisindən ötrü eyni dərəcədə qəbulolunmazdır. Sadəcə, tərəflərin hər biri çalışır ki, planı rədd edən qarşı tərəf olsun," Seferyan deyir.

Buna da bax-'Putin Azərbaycana 7 yox, 5 yox, 2 rayonun qaytarılmasını təklif edib'

“MÜNASİBƏTLƏRİN PİSLƏŞMƏSİNİ GÖSTƏRİRLƏR”

Ekspertin fikrincə, Bakının məqsədi bu məqamda problemin həlli yox, Ermənistan- Rusiya ittifaqının zəifləməsidir.

"Azərbaycan prezidentinin administrasiyasına yaxın KİV-lərin davranışından da görünür – onlar ilin sonuna qədər ya Rusiyanın vədinə əməl edərək onlara bir neçə rayonu qaytarmasını, ya da Ermənistan- Rusiya münasibətlərinin ...daha da pisləşməsini gözləyirlər ki, gələn il növbəti avantüraya əl atsınlar," o əlavə edir.

Buna da bax-General Babayan: 'Ermənistan rəhbərliyi əraziləri qaytarmağa razılıq verib'

Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın sözlərinə görə, Məmmədyarovun "münaqişənin nizamlanması prosesində sıçrayışın mümkünlüyü" barədə bəyanatı diplomatik xarakter daşıyır və real durumu əks etdirmir. O, real durumun “çıxılmaza yaxın” olduğunu söyləyir.

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4 günlük toqquşmalar baş verib. Hər iki tərəf xeyli itki verib. Bundan sonra münaqişənin nizamlanmasıyla bağlı danışıqlar intensivləşib. Vasitəçilər tərəfləri danışıqlarda kompromisə çağırsalar da, Azərbaycan və Ermənistan liderləri açıq bəyanatlarında bunun mümkün olmaması fikirlərini səsləndirirlər.

Məmmədyarov avqustun 29-da gürcüstanlı həmkarı Mikheil Janelidze ilə görüşündə bildirib ki,beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun üzvləri hazırkı status-kvonun saxlanmasını yolverilməz və ziddiyyətli hesab edirlər:

"Münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq erməni qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Hərbi işğal faktına son qoymaq zəruridir".

XS
SM
MD
LG