Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Sahibkarlara vergi və gömrük güzəştləri vəd edilir


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanda sahibkarlar 5 gün ərzində vergi və gömrük güzəştləri əldə edə biləcəklər. Prezident İlham Əliyev bu ilin yanvarında imzaladığı «İnvestisiya təşviqi sənədinin verilməsi qaydası» barədə fərmana dəyişiklik edib.

Sentyabrın 5-də qəbul edilən fərman Nazirlər Kabinetinin investisiyaların təşviqi sənədlərinin əldə edilməsi ilə bağlı səlahiyyətlərinin ləğvini nəzərdə tutur.

Ölkə başçısının imzaladığı yeni fərmanda «Nazirlər Kabineti» sözləri «Azərbaycan Respublikasının Prezidenti» ifadəsi ilə əvəz edilib.

İndiyə qədər qüvvədə olan mətndə deyilirdi ki, «investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunur».

Buna da bax: ​Sahibkarlara güzəştlər ediləcək

Ölkə başçısının imzaladığı yeni fərmanda «Nazirlər Kabineti» sözləri «Azərbaycan Respublikasının Prezidenti» ifadəsi ilə əvəz edilib.

Prezident bu ilin yanvarında «İnvestisiya təşviqi sənədinin verilməsi qaydası» barədə fərman imzalamışdı. Həmin qaydaya əsasən, əsas səlahiyyətlər Nazirlər Kabinetinə aid idi.

Azərbaycanın baş naziri, eləcə də Nazirlər Kabineti son həftələrdə tənqid hədəfindədir. Əvvəllər tənqidlər yalnız müxalif qüvvələrdən, gəlirdisə, son zamanlar deputatlarda onların sırasına qoşulub.

Buna da bax: Nə oldu, hanı ciddi antiböhran proqramı?

Bir müddət öncə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdi ki, «Nazirlər Kabinetinin islahatların önündə getməsini müşahidə etməmişik».

«Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var. Bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir», Əli Hüseynli əlavə etmişdi.

Mövcud Konstitusiyaya görə, ölkənin ikinci şəxsi baş nazir sayılır. Sentyabrın 26-da referenduma çıxarılacaq konstitusiyaya dəyişiklik layihəsində artıq, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Əgər, bu dəyişiklik keçəcəksə, ölkənin ikinci şəxsi də baş nazir yox birinci vitse-prezident sayılacaq.

XS
SM
MD
LG