Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Vergi daxilolmaları azalıb


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Azərbaycanda vergi daxilolmaları azalıb. 2016-cı ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 milyon 405 min manat azdır.

Nazirlikdən verilən məlumata görə, bu ilin 8 ayında 75 min 806 vergi ödəyicisi qeydiyyata alınıb.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bunu nəzərə alan iqtisadçılar vergi daxilolmalarının kəskin azaldığını düşünürlər.

XS
SM
MD
LG