Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna gedib.
President.az saytının xəbərinə görə, dövlət başçısı Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına Bayraq Meydanı və Bayraq Muzeyinin binasının inşası barədə məlumat verilib.
Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında 85 metr hündürlüyündə dirək ucaldılıb. Üstəlik, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib. Bundan başqa, 4020 kvadratmetr sahəyə üzlük daş döşənib, suvarma və işıqlandırma sistemləri yaradılıb.
Bayraq Muzeyi isə 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və 11 metr diametrdə günbəzdən ibarətdir.