Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:27

Ekspert: 'Elman Rüstəmov savadsız bankirdir'


Elman Rüstəmov
Elman Rüstəmov

«Global Finance» dərgisi «The World’s Central Bankers 2016»nı – dünyadakı mərkəzi bank rəhbərlərinin reytinqini açıqlayıb («Global Finance» ingilisdilli aylıq dərgidir və qlobal maliyyə olaylarını işıqlandırır. Nüfuzlu maliyyə qurumlarının sədr və prezidentləri, baş direktorları, digər rəhbər işçiləri bu dərginin hədəf auditoriyasıdır. Dərgi dünyanın 158 ölkəsində yayılır – red.). Bu reytinqdə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov əvvəlki illərlə müqayisədə geriləyərək «D» reytinqinə layiq görülüb.

Reytinqi AzadlıqRadiosuna dəyərləndirən bank məsələləri eksperti Əkrəm Həsənovun sözlərinə görə, Elman Rüstəmov ən səriştəsiz mərkəzi bank rəhbərləri sırasına daxil edilib: «Rusiya Mərkəzi Bankının rəhbəri isə yüksək «A» reytinqinə layiq görülüb. Halbuki, Rusiyanın maliyyə problemləri Azərbaycandan daha çoxdur, çünki yalnız neftin ucuzlaşmasıyla deyil, sanksiyalar və s-lə üz-üzə qalıb».

«GİZLİ VERGİNİN ADI - İNFLYASİYADIR...»

Ekspertin fikrincə, Azərbaycan maliyyə sistemindəki bərbad durum təkcə obyektiv səbəblərdən deyil, həm də AMB sədrinin bacarıqsızlığından irəli gəlir: «Bu fikri dəfələrlə desəm də, bəziləri hələ də o mifə inanır ki, guya E.Rüstəmov savadlı və peşəkar bankirdir. Daha bilən yoxdur ki, hətta bir neçə cümləni də yazılı şəkildə normal ifadə edə bilmir».

Buna da bax-'MB yalan deməyə alışıb.... faiz artsa dollar bahalaşacaq'

Ekspert AzadlıqRadiosu müxbirinin «Bu halda söylədiyiniz mif – uydurma fikir necə formalaşıb» sualını belə cavablandırıb:

«Əhalinin çoxu, hətta onun savadlı təbəqəsinin böyük bölümü bank işi ilə yaxından tanış deyil. Mərkəzi banklar əhalidən hətta gizli vergi də tutur. Onun adı inflyasiyadır. Amma əhali bunu anlamır. Deyə bilərsiniz ki, hər kəs yalnız öz işini yaxşı bilir, başqa sahələrdən başı çıxmır. Elədir! Amma bank sisteminin bir üstünlüyü var. Burada pul çoxdur, bankların sayı isə az. Buna görə də kənardan hər şey gözəl görünür».

«BANK İŞİNİ A-DAN Z-YƏ BİLMƏYƏN…»

Ə.Həsənov yada salır ki, E.Rüstəmov bank sisteminə 40 yaşında gəlib: «Özü də dərhal AMB sədrinin 1-ci müavini vəzifəsinə. Kommersiya bankında bir gün belə işləməyən, bank işini A-dan Z-yəbilməyən adam necə peşəkar bankir ola bilər?! Manatı və bank sistemini neft gəlirləri hesabına sabit qələmə verməyə nə var ki?! Bunu hamı edə bilər! Peşəkar bankir ağır durumda bəlli olur. Rusiyadakı kimi. Tariximizdə yalançı kimi qalacaq E.Rüstəmovun da peşəkar olmaması qısa müddətdə üzə çıxdı. Özü də yalnız Azərbaycanda yox».

Həmçinin baxın: Youtube Kanalımızda izləyin:

XS
SM
MD
LG