Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Azərbaycanda qeyri-leqal kapitala amnistiya elan ediləcək


Bıçaq və pul. Karikatura. Şerif
Bıçaq və pul. Karikatura. Şerif

Hökumət vergi amnistiyası elan edir

2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi amnistiyasının (gəlirlərin könüllü açıqlanması) tətbiqinə başlanılacaq.

Trend-in xəbərinə görə, Vergilər Nazirliyinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov belə deyib.

Vergi amnistiyası dedikdə, əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, amnistiya gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olanların məsuliyyətdən azad edilməsini nəzərdə tutur.

N. İmanov qeyd edib ki, gizli gəlirlərin aşkar edilməsi zamanı vergi orqanlarının 50 faiz həcmdə maliyyə sanksiyası və cərimə (hər günə görə 0,1 faiz) tətbiq etmələri nəzərdə tutulur.

Buna da bax:​ Hökumət 9 aylıq işini gözdən keçirib

Vergi amnistiyası mövzusu vaxtaşırı gündəmə gəlmişdi. Əvvəllər vergilər naziri bunun mümkünlüyüni fadə etmişdi.

Ekspertlər də vergi amnistiyasının zəruri olduğunu qeyd edirdilər.

Vergi amnistiyası nədir?

Vergi amnistiyası dedikdə, əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi nəzərdə tutulur. Habelə, ölkədən çıxarılaraq xaricdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılmasını, vergi-borc öhdəliklərinin bağışlanmasından ötrü iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu başa düşülür.

XS
SM
MD
LG