Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:32

İdxal bahalandıqca, saxta mal istehsalı artır


arxiv
arxiv

Vergilər nazirliyi Bakıda saxta kimyəvi yuyucular istehsal edən sex tutub. Bu xırda sahibkar həm istehsal edirmiş, həm də qablaşdırıb, dükanlara paylayırmış. "FRESH" və "ONEX" adı ilə .

Son iki ildə xaricdən mal gətirmək bahalanandan sonra Azərbaycan daxilində saxta istehsallar çoxmu artıb?

Məsələnin başqa tərəfi, əgər azərbaycanlı iş adamı belə istehsal edib, qablaşdırıb, sata bilirsə, elə öz adı ilə niyə istehsal etmir?

Məsələn, dərman şirkətlərinin istehsal etdiyi elə özlerinin icad etdiyi dermanlar deyil ki, məşhur dərmanların tərkibini azca deyişib başqa adla istehsal edirlər

“DƏRYADA BİR DAMLA”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, saxta malların bazarda özünə geniş yer tapmasının əsas səbəbi odur ki, sahibkarlar üçün toxunulmaz şərait yaradılıb, onların fəaliyyətini yoxlamaq qadağan edilib:
“Bu məsələ dəryada bir damladır. Ümumiyyətlə Azərbaycanda satılan malların təxminən 20-25 faizi saxtadır. Bunun da əsas səbəblərindən biri budur ki, dövləti insanlar yox, qanunlar idarə edir və mövcud olanı yerinə yetirən dövlət orqanlarının fəaliyyəti çox bərbad bir vəziyyətdədir.

Eyyub Huseynov
Eyyub Huseynov

6 aydan yuxarıdır ki, sahibkarlar üçün toxunulmaz bir şərait yaradılıb. Sahibkarlar bu vəziyyətdən sui-istifadə edirlər. Onun qiymətini bilmirlər.

Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin təhlili göstərir ki, bazar həddindən artıq çox insan orqanizmi üçün təhlükəli mallarla zənginləşir. Və heç bir dövlət orqanının yoxlamaq ixtiyarı yoxdur.

Azad İstehlakçılar Birliyi isə öz gücü ilə nə edə bilirsə edir. Qalan məsələləri dövlət orqanlarına göndərəndə birmənalı cavab alırıq ki, get məhkəməyə müraciət elə. Belə çıxır ki, iqtisadiyyat nazirliyinin ştatına oturan 144 əməkdaşı, Standartlaşdırma və Patent üzrə dövlət agentliyinin 50-yə yaxın əməkdaşı boş yerə dövlətdən maaş alırlar.

Yəni bazarın monitorinqini aparmaq, saxta malı üzə çıxarmaq, istehlakçı hüquqlarını qorumaq məsələsi dövlət orqanları tərəfindən 0 vəziyyətdədir”....(Ətraflı audioda...)

Eyyub Hüseynov: "Dövlətdın havayı maaş alanlar..."
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00
Direct-ə keçid

“DAHA ÇOX QAZANMAQ"

İqtisadçı ekspert Ruslan Atakişiyev isə deyir ki, sahibkarlar məhsulu satmaq üçün başqa tanınmış brendlərin adından istifadə edir:
“Hər hansı bir istehsalçının başqa brendin adından istifadə etməyə vadar edən bir neçə səbəb var.Birincisi ondan ibarətdir ki, yerli istehsalçı fikirləşir ki, hər hansı məhsul olur-olsun, onu istehsal edib öz məhsulu adı ilə bazara çıxaracaqsa onun alıcısı az olacaq. Ya onun qiymətini çox aşağı etməlidir ki, alıcısı olsun. Bəzi hallarda istehsal xərcləri buna getməyə çətinlik yaradır. O da məcbur olur ki, məhsulu daha geniş şəkildə satmaq üçün başqa tanınmış brendlərin adından istifadə etsin. Yəni bu brend ictimai reklamı olan bir məhsuldur. İşbazlar fikirləşir ki, bu asan yolla öz məhsulunu satsın. Əslində bu qısa zamanda yüksək pul qazanmaq iştəhasına düşənlərin yoludur....”(Ətraflı audioda...)

“SAHİBKARLAR YERLİ BRENDLƏ BAZARA ÇIXMAQ İSTƏMİR”

Digər iqtisadçı Vüqar Bayramovun fikrincə saxta malların bazarda artmasının başlıca səbəbi xaricdən idxal edilən malların bahalaşmasıdır:

Vüqar Bayramov
Vüqar Bayramov

“Saxta mallarla bağlı rəsmi statistika olmasa da bizim apardığımız monitorinqlər göstərir ki, saxta malların sayında artımlar var.

Bu birbaşa onunla bağlıdır ki, manatın məzənnəsi aşağı düşdüyü, dollar möhkəmləndiyi üçün xaricdən idxal edilən mallar bahalaşır. Nəticədə bəzi sahibkarlar qeyri-leqal şəkildə dünyada tanınmış brend malların saxta yolla hazırlanmasını həyata keçirirlər. Və o da saxta yolla hazırlanan malların sayının artmasına gətirib çıxarır.

Bununla mübarizənin gücləndirilməsinə ehtiyac var. Çünki bu bir tərəfdən istehlakçının aldadılması deməkdir. Kifayət qədər aşağı, az xərclə başa gələn və keyfiyyəti az olan mal xarici mal kimi və yüksək qiymətə satılır. Bu həm də çirkli dövriyyənin artmasına səbəb olur. Sahibkarlar təəssüf ki, yerli mal adı ilə, yerli brendlə bazara çıxmaqda maraqlı deyillər...”(Ətraflı audioda...)

Vüqar Bayramov: "Rəsmi statistika olmasa da..."
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

XS
SM
MD
LG