Britaniyada istehlakçılar MasterCard-a qarşı kollektiv iddia qaldırıblar. Onlar bu ödəmə sistemindən 14 milyard funt sterlinq və ya 18,8 milyard dollar tələb edirlər. Bunu MarketWatch xəbər verir.
İddiaya görə, Avropa Birliyi daxilində ödəmələrə həddən artıq yuxarı komissiya haqqı alan MasterCard malların və məhsulların əsassız bahalanmasına gətirib.
Brityaniyanın keçmiş maliyyə ombudsmanı W.Merrix deyib ki, MasterCard-ın qanunsuz siyasəti 1992-2008-ci illərdə qiymətlərin artımına səbəb olub.
İddia Rəqabət üzrə Appelyasiya Tribunalına təqdim olunub.
Britaniya tarixində bu, ən böyük məhkəmə iddiasıdır.
Vəkilərin dediyinə görə, MasterCard-ın banklararası komissiya haqqıçox yüksək olduğundan ticarətçilər ciddi itkilərə gedirdilər və onlar da sonda bu pulu alıcılardan çıxarırdı və nəticədə bahalnma yaranırdı.
MasterCard-a qarşı bu iddia 2015-ci ildə İstehlakçıların Hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan yeni qanun sayəsində mükün olub. Həmin qanun bütün istehlakçılar ardından iddia qaldırmağa imkan verir.
2008-ci ildə Avropa Komissiyası MasterCard-ın komissiyalarının Avropa Birliyinin antiinhisar qanunverciliyini pozduğunu elan etmişdi. 2014-cü ildə Avropa Məhkəməsi Avropa Komissiyasının qərarını təsdiq etdi.
MasterCard Visa və Unionpay ilə yanaşı dünyanın ən böyük ödəmə sistemlərindən biridir.