Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:39

'Azərsu' ASC 600 milyon dollar kredit alıb


«Azərsu»
«Azərsu»

Asiya İnkişaf Bankının (ADB) «Azərsu» ASC-yə 75 milyon ABŞ dolları dəyərində kredit ayırdığı bildirilir.

«Report»un xəbərinə görə, bu, «Azərsu» ASC-yə «Su Təchizatı və Kanalizasiyaya İnvestisiya Proqramı» çərçivəsində ayrılan vəsaitin sonuncu - 4-cü tranşıdır.

Ümumilikdə 600 milyon dollar həcmində olan kreditin ilk 3 tranşının Göyçay, Ağdaş və Beyləqanın su şəbəkəsinin qurulmasına ayrıldığı açıqlanıb.

Xəbərdə qeyd edilir ki, sonuncu 75 milyon dollarlıq kredit də Ağdaş və Beyləqan rayonlarında içməli su təchizatının yaxşılaşdırılması və çirkab sularının təmizlənməsi mərkəzinin inşasına xərclənəcək.

«Azərsu»nun ADB-dən birinci tranş üzrə 75, ikinci tranş üzrə 300 və 3-cü tranş üzrə isə 150 milyon dollar vəsait cəlb etdiyi bildirilir.

Asiya İnkişaf Bankı ilə «Azərsu» ASC arasında kreditlərlə bağlı saziş layihəsi 2014-cü il dekabrın 1-də imzalanıb.

Bu il mayın 16-dan Azərbaycanda suyun qiyməti artırılıb. Əhali üzrə 1 kubmetr su təchizatının tarifi Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 35, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhaliyə hər kubmetrə 15 qəpik müəyyən edilib.

XS
SM
MD
LG