Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:36

Azərbaycanı tərk etmiş siyasi fəallar birləşir


Almaniyadakı azərbaycanlı siyasi mühacirlərin aksiyası
Almaniyadakı azərbaycanlı siyasi mühacirlərin aksiyası

Sentyabrın 12-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - AND (Azərbaycan naminə demokratiya - Azerbaijan Needs Democracy) təsis iclası keçirildiyi bildirilir.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər.

Buna da bax:​ «Mühacirlərlə görüşəndən sonra bəzi partiyalara münasibətim dəyişdi»

İclasda Milli Şuranın rəhbəri Cəmil Həsənli də iştirak edib.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib.

AND təsisçiləri, hələlik, qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar.

Ancaq bildirilir ki, bu qurum BMT, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi beynəlxalq təşkilatlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına mühüm təsir göstərməlidir.

Buna da bax:​ Cəmil Həsənli ABŞ diplomatları ilə görüşüb

Mühacir təşkilatında sıraların genişlənməsi, ABŞ-da da AND-ın bölməsinin yaradılması gözlənilir.

XS
SM
MD
LG