Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Jurnalistin şikayəti təmin olunmadı


Jurnalist Fikrət Fərəməzoğlu
Jurnalist Fikrət Fərəməzoğlu

Sentyabrın 14-də Bakı Apelyasiya Məhkəməsi jurnalist Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, hakim Əflatun Qasımov Nərimanov Rayon Məhkəməsinin qərarının əsaslı olduğu qənaətinə gəlib, qərarı qüvvədə saxlayıb.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb.

Vəkil apelyasiya instansiyasının qərarından narazı olduqlarını, ondan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Buna da bax:​ Həbsdəki jurnalist: 'Məni şərləyiblər'

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib. O, tutulandan az sonra vəkildən imtina etmişdi.

Ancaq bir müddət sonra F.Fərəməzoğlu yenidən vəkil xidmətindən istifadə etməyə başlayıb. Jurnalistin yeni vəkili Elçin Sadıqov bir neçə gün öncə ittihamlarla razılaşmadıqlarını bildirmişdi.

Buna da bax:​ Jurnalist vəkildən və məhkəmədən imtina etdi

DİN bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Ötən həftə Nərimanov Rayon Məhkəməsi jurnalisti ev dustaqlığına buraxmaqdan imtina edib.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə, xəbərdarlıq olunmuşdu.

XS
SM
MD
LG