Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 18:48

Ilham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı (Yenilənib)


Azerbaijan. Baku.Ilham Aliyev Emin Milli Emin Huseynov
Azerbaijan. Baku.Ilham Aliyev Emin Milli Emin Huseynov

►Rasim Əliyevin ölümünə, ATƏT-in Bakı ofisinin bağlanmasına da münasibət bildirdi

İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.

Prezident Avropa Parlamenti ilə əməkdaşlığın bərpası üçün bəzi məsələlərin aydınlaşdırılmasını istəyib.

"Təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik.

Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar.

​Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var.

Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir.

Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır."​

*** Buna da baxın: The Washington Post Azərbaycanı kəskin tənqid edən məqalə dərc edib

"RASİM ƏLİYEV FACİƏ NƏTİCƏSİNDƏ..."

İlham Əliyev döyülən, sonra isə xəstəxanada ölən jurnalist Rasim Əliyevlə bağlı məsələyə də toxunub:

"Daha bir məsələ, guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə Prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır."

Rasim Əliyevin döyülməsi videosu

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

"MƏNİMLƏ FOTOSU OLDUĞUNA GÖRƏ..."

Prezident ATƏT-in Bakı ofisinin bağlanmasından və "Freedom House" təşkilatının Azərbaycan hökumətini tənqid etməsindən danışarkən deyib:

"ATƏT-in Bakıdakı ofisi Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə bağlı Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub.

Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?!

Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir.

*** Buna da baxın: Mehman Əliyev Şahtaxtinskinin şəklə görə deyil, başqa səbəblər üstündə işdən çıxarıldığını deyir

Buradakı bir cümlədə isə deyilir ki, biz heç bir izahat vermədən ofisi bağlamışıq. “Freedom House” Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz.

ATƏT-in ofisinin bağlanması barədə 2015-ci ilin iyununda AzadlıqRadiosunun hazırladığı videoreportaj (Məlumat video-dan sonra davam edir):

ATƏT-in Bakı ofisi niyə bağlanmışdı
Gözlə

No media source currently available

0:00 0:05:40 0:00

“Freedom House”a gəlincə. “Freedom House” isə ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir."

VƏ CƏNAB ŞULTS...

Prezident deyib ki, Avropa Parlamentində Azərbaycanı tənqid edən qətnamə qəbul edilərkən həmin təşkilatın prosedurları pozulub:

"Burada deyilir ki, 2015-ci ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Avropa Parlamenti seçkiləri müşahidə etmək üçün missiya göndərməkdən imtina edib. Siz imtina etdiniz, digərləri isə etmədi. Avropa Şurası Parlament Assambleyası gəldi, seçkiləri müşahidə etdi və çox müsbət bəyanat verdi. Beləliklə, Avropa Parlamentinin iştirak etməməsi heç nəyi dəyişmədi, nəticələrə və müsbət rəyə təsir etmədi. Həmçinin bir çox başqa məsələlər... Bundan sonra parlamentimiz qətnamə qəbul etdi. Mən bunu tam oxuya bilərəm, lakin düşünürəm ki, siz bununla bağlı məlumatlısınız. Ona görə də ona toxunmayacağam. İndi vəziyyət belədir. Faktiki olaraq bir ildir heç bir əlaqəmiz yoxdur. Bu, bizim ucbatımızdan baş verməyib. Biz digər Avropa təsisatları - Avropa İttifaqı, Avropa Şurası, ATƏT-lə işləməyə davam edirik. Lakin Avropa Parlamenti Azərbaycanla bağlı bu mövqeyi tutmağı qərara aldı. Bizdə olan məlumata görə, bu sənəd qurumun rəhbərləri, xüsusilə də bilmirəm hansı səbəbdən Azərbaycana nifrət edən və hər dəfə bizim nüfuzumuza xələl gətirməyə çalışan Şults və Lunaçek tərəfindən təşkil olunub. Bizdə olan məlumata görə, bu qətnamə Avropa Parlamentinin prosedurlarına zidd olaraq qəbul edilib. Avropa Parlamentinin bəzi üzvləri bunu etməməklə bağlı xəbərdarlıq ediblər. Mən onlardan birinin “Biz Azərbaycanı itirəcəyik” dediyini eşitmişəm, yəqin ki, o, haqlı idi. Avropa Komissiyasının komissarı da danışıb, xəbərdarlıq edib, lakin onları dinləməyiblər və nəticədə nə oldu? Heç bir münasibət, heç bir əlaqə yoxdur. Biz parlamentimizdə işçi qrupu yaratmadıq. Biz Avronestdəki fəaliyyətimizə xitam verdik. Vəziyyət belədir. Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?"

Milli Məclisdə Avropa Parlamentinin qətnaməsinə etirazlar

Siyavuş Novruzovdan Avropaya "konslager" ittihamı
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

XS
SM
MD
LG