Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Aparıcı nəşrlər Azərbaycandakı referendumdan yazır


Prezident və ailəsi səs verir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Prezident və ailəsi səs verir

«The Wall Street Journal» yazır ki, referendumun nəticələri istədiyi kimi olsa, prezident İlham Əliyevə «öz məngənəsini bərkitmək imkanı verəcək», Əliyevi müxalifəti boğub, prezidentlik müddətini uzadan digər keçmiş Sovet liderlərinin cığırına salacaq».

HƏBSLƏR VƏ HƏDƏ-QORXU

«The Wall Street Journal» neftin ucuzlaşmasından Azərbaycanın da çox ağır zərbə aldığını, hakimiyyətin möhkəmlənməyə xüsusi ehtiyac duyduğunu vurğulayır. «Onun (Əliyevin) problemləri artıb, xüsusilə gələcək problemləri çoxdur. Ona görə də, o öz gücünə əmin olmaq, həm də ailəsinin mövqeyini saxlamaq istəyir». Moskvadakı «Carnegie» müstəqil elmi araşdırma mərkəzinin analitiki Alexei Malashenko «The Wall Street Journal»a müsahibəsində belə deyib.

Azərbaycan hökuməti isə prezidentlik müddətinin uzadılmasının iqtisadi artımdan ötrü vacibliyini bildirir, neftin ucuzlaşdığı bir vaxtda əhəmiyyətli qərarların qəbulu üçün daha uzun müddətə ehtiyacı olduğunu deyirlər. Bu barədə «Reuters» yazır. Agentlik prezidentin müşaviri Əli Həsənovun dediklərini xatırladır: «Referendumun əsas məqsədlərindən biri islahatların gerçəkləşdirilməsini təmin etmək, bürokratik mexanizmləri aradan qaldırmaq, effektiv idarəetmə sistemi yaratmaqdır».

«Reuters» Azərbaycan Konstitusiyasına dəyişikliklərin müxalifətin, eləcə də beynəlxalq təşkilatların etirazına səbəb olduğunu, hakimiyyətin etirazlara sərt cavab verdiyini vurğulayır. Agentlik «Amnesty International»ın Avropa və Asiya məsələləri üzrə direktoru Denis Krivosheev-in bəyanatından sitat gətirir: «Referendum ta başlanğıcdan həbslər və hədə-qorxularla müşayiət olunub. Təklifləri tənqid etməyə, təkliflərə qarşı kampaniyaya cəhd göstərənlər hakimiyyətin hücumları, aqressiyası ilə üzləşiblər».

Buna da bax-Referendum günü - 100 saniyədə

Referendum günü - 100 saniyədə
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

«ŞÜBHƏLƏR VAR Kİ...»

«The Wall Street Journal» Bakıda etiraz aksiyalarından əvvəl 40-a yaxın fəalın həbs olunduğunu vurğulayır.

«Deutsche Welle» 54 yaşlı Əliyevin avtoritar ölkəsini 10 ildən çoxdur idarə etdiyini, bu referendumun ona daha uzun müddət hakimiyyətdə qalmaq imkanı verəcəyini yazır, Konstitusiyaya 2009-cu il dəyişikliklərinin İlham Əliyevə seçkiyə yenidən qatılmaq imkanı verdiyini xatırladır: «Bu o deməkdir ki, Əliyev 2018-ci ildə keçiriləcək prezident seçkisində də iştirak edə bilər».

«ABS News», həmçinin «The Wall Street Journal» prezidentin oğlu Heydər Əliyevlə bağlı gözləntilərə də toxunur. «Şübhələr var ki, dəyişikliklərin məqsədi vaxtı çatanda, onun (Əliyevin) oğlunu hakimiyyətə gətirilməsinə yol açmaqdır». Bunu «Human Rights Watch»un Cənubi Qafqaz üzrə analitiki Giorgi Gogia «The Wall Street Journal»a müsahibəsində deyib. Konstitusiyaya dəyişikliklər prezidenti əvəz edəcək vitse-prezident postunun yaradılmasını, üstəlik, namizədlərin yaş həddinin endirilməsini nəzərdə tutur.

Buna da bax-Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...

Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

SEÇİCİLƏR NƏ DEYİR

Tənqidlərə, seçkidə saxtakarlıqlarla bağlı saysız-hesabsız iradlara rəğmən, fikrini bildirən seçicilərin çoxu dəyişikliklərin lehinə səs verdiklərini deyirlər. Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, «ekzit pollar» seçicilərin dəyişikliklərə tərəfdar olduğunu göstərir. Referendumda iştirak edən Bakı sakini, 53 yaşlı müəllim Leyla Abbasova «ABS News»a müsahibəsində dəyişikliklərin lehinə səs verdiyini, nəticələrin ölkədə müsbət yeniliklərə səbəb olacağına ümidvar olduğunu deyib. Başqa bir seçici, 23 yaşlı Cəmilə Abdullayeva bildirib ki, dəyişikliklərə «hə» deyir, çünki «siyasətçilərin yaş həddinin azaldılması gəncləri siyasi fəallığa həvəsləndirə bilər».

«Reuters»ə müsahibə verən 40 yaşlı müəllimə Sənubər Muradova isə «Nə yazdıqlarını oxumasam da, dəyişikliklərin lehinə səs verdim. Siyasət adi adamların işi deyil. Mən müəlliməyəm, mənim işim səsvermədə iştirak etməkdir» deyib.

Azərbaycanda referendumun yekun nəticələri oktyabrın 21-də elan olunmalıdır.

XS
SM
MD
LG