Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:32

Problemli kreditlər:Dövlət yaxasını kənaramı çəkir?


arxiv
arxiv

Maliyyə naziri Samir Şərifov sentyabrın 26-da problemli dollar krediti ilə bağlı deyib: "... O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. "Dövlət öhdəliyi öz üzərinə götürür", - demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq", - deyə nazir bildirib.

Bu, nə deməkdir? Dövlət yaxasını kənaramı çəkir ki, bu, bankla müştəri arasındakı problemdir? İkincisi, nazir deyir ki, "bir tərəfə kömək elədik", o tərəf hansıdır? Deputatlar Vahid Əhmədov və Əli Məsimovun 10 min dollara kimi kreditlərlə bağlı təklifi, belə çıxırmı ki, dövlət dəstəyini qazanmadı?

“PROBLEMLİ KREDİTLƏRİNİN BÖYÜK ƏKSƏRİYYƏTİ QAYITMAYACAQ”

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, problemli kreditlərin qaytarılması ilə bağlı təşəbbüs daha çox bankların özündən gəlirdi. Amma Maliyyə nazirliyi bundan imtina etdi.

“Samir Şərifov əvvəllər də dəfələrlə demişdi ki, dövlət bu münasibətlərə müdaxilə etməli deyil. Nə banklara, nə də borc alanlara kömək etməli deyil. Və hətta demişdi ki, banklar ötən illər ərzində verdikləri kreditlər üzrə külli məbləğdə gəlir əldə ediblər, indi də buyursunlar, həmin gəlirlər hesabına zərərləri bağlasınlar və müştərilərinə güzəşt etsinlər. Bu baxımdan indi də yeni bir söz deməyib.

Nəzərə almaq lazımdır ki, bank kreditləri üzrə əhaliyə güzəştlərin edilməsi haqqında təşəbbüs bu ilin əvvəlindən, keçən il bankların özü tərəfindən gəlirdi. Banklar gözəl başa düşürlər ki, əhalinin və sahibkarların problemli kreditlərinin böyük əksəriyyəti onsuz da qayıtmayacaq. Yəni istəyirsənsə zor tətbiq et, hədələ, öldür, tutdur, nə edirsən et, pul yoxdursa, hardan gələcək? Çünki banklar təhlillər aparırlar və bilirlər ki, əhalidə və sahibkarlarda vəziyyət necə də acınacaqlıdır.

Buna görə də müəyyən qruplar vasitəsi ilə, deputatlar vasitəsi ilə bu söhbəti ortaya atmışdılar ki, dövlət borclu vətəndaşların kreditlərinin bir hissəsini ödəsin. Yəni ki, bu ilk növbədə banklara sərf edən bir şey idi. Və Maliyyə nazirliyi də bundan imtina etdi. Çünki bu gün doğrudan da dövlət büdcəsinin vəziyyəti ürəkaçan deyil...”(Ətraflı audioda...)

Əkrəm Həsənov: "Problemli kreditlərin əksəriyyəti qayıtmaycaq"
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

“BU PROBLEM QAR UÇQUNU KİMİ ARTACAQ”

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, nə büdcənin, nə Neft Fondunun bu problemin həlli üçün sərbəst vəsaiti var:

Natiq Cəfərli
Natiq Cəfərli

“Əslində Samir Şərifov əmanətçilərlə bağlı hökumətin atdığı addımları irəli çəkməyi düşündü bu bəyanatla ki, yəni əmanətlərin tam sığortalanması haqda qərar verildi, bununla da əmanətçilərin əmanətinin qorunması yolunda addımlar atıldı. Əslində bunu demək istəyir.

Burdan çıxan nəticə onu deməyə əsas verir ki, banklarla müştərilər arasında olan problemli kreditlərin həllinə dövlət müdaxilə etmək istəmir. Və yaxud buna artıq gücü çatmır, maliyyə ehtiyyatları çatmır. Çünki kreditlərin bağışlanması söhbəti son zamanlar çox yayılıb. Amma bunun mənbəyi bilinmir. Nəyin hesabına bu adım atıla bilər? Çünki bankların özündə çox ciddi problemlər yaşanır.

Problemli kreditlərin həcmi ilin əvəlindən iki dəfədən çox artıb. Ona görə də düşünürəm ki, nə büdcənin, nə Neft Fondunun bu problemin həlli üçün sərbəst vəsaiti var. Hökumət anlamır ki, bu problemə vaxtında müdaxilə etmədiyinə görə günü-gündən qar uçqunu kimi bu problem artacaq. Bir müddətdən sonra banklar iflic vəziyyətinə düşəcək. Çünki valyuta ilə olan kreditlərin dönüşü ümumiyyətlə problemli hala çatıb...”(Ətraflı audioda...)

Natiq Cəfərli:"Hökumət vaxtında müdaxilə etmədi, indi qar uçqunu kimi artacaq"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

“YEKUN QƏRARI DÖVLƏT BAŞÇISI VERƏCƏK”

Milli Məclisin deputatı Vahid Əhmədov hökumətin bu məsələnin həllində özünü kənara çəkmək istədiyinə inanmadığını bildirir:

Vahid Əhmədov
Vahid Əhmədov

“Hökumət qurumları, Maliyyə Bazarına Nəzarət Palatası, prezidentin islahat üzrə köməkçisinə öz təkliflərimizi vermişik. Düzdür, həmin təkliflərə cavabları almamışıq. Amma bunun üzərində müəyyən işlər gedir. Amma hələlik yekun qərar yoxdur. Yekun qərarı yəqin ki, dövlət başçısı verəcək.

Amma biz yalnız əhalini demirik. Yalnız əhalidən söhbət getmir. Burda həm də bankların sağlamlaşdırılmasından söhbət gedir. Çünki bank sistemindəki vəziyyət o qədər də ürəkaçan deyil. Yəni bankların sağlamlaşdırılması cənab prezidentin göstərişinə uyğun olaraq aparılmalıdır. Ona görə bu məsələ yəqin ki gündəmə gələcək və müəyyən qərarlar veriləcək.

Ola bilər ki, indi maliyyə qıtlığı ilə əlaqədar olaraq, manatın məzənnəsi ilə əlaqədar olaraq müəyyən problemlər var. Amma yenə də biz istəyirik ki, əhali banklara inansın, əhali ilə banklar arasında problem yaranmasın. O cümlədən bankların özünün dövriyyə vəsaiti normal olsun. Rahat işləyə bilsinlər. Bu məsələ öz həllini tapmalıdır.”

XS
SM
MD
LG