Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

'Oğlumun həbsini 1 aydan sonra bildim'


Həbs (arxiv fotosu)
Həbs (arxiv fotosu)

“YALVARIRDIM Kİ, KƏNDƏ QAYITSIN”

Lerik rayonu, Şonəçöləkənd sakini Gülnar Həbibova 1-ci qrup əlil oğlu Altay Bəşirovun başına gələnlərdən danışır.

Ailənin durumunun ağırlığına tab gətirməyən Altay bir müddət əvvəl Bakıya gələrək Binə qəsəbəsi ərazisində ev kirayələyib. Elə ərazidəki tikintilərdə nisbətən yüngül işlərdə fəhləlik edərək həm kirayə, həm də çörəkpulunu qazanır, bununla da ailədən və ətrafdakılardan maddi asılılığı aradan qaldırırmış. İki ay əvvəl Altayın ailəsi ilə əlaqəsinin kəsilməsi ananı narahat edib:

Buna da bax: Azad adamın çıxılmazlığı

"Onun bel və sinə sümüyündə dərin əyriliklər, şiş var. Bir tikə çörəyə görə xəstə, əlil canı ilə küçələrə düşməsinə razı deyildim. Hər dəfə zəngləşəndə yalvarırdım ki, kəndə qayıtsın. Deyirdi, “bilirlər əliləm, köməksizəm, ona görə də aparıb tikintilərdə yüngül işlər verirlər, sağ olsunlar”. İki ay əvvəl Altaydan səs çıxmayanda narahat olmağa başladıq”.

“GÜNAHI BİRLİKDƏ ÇAY İÇMƏSİ OLUB”

Ana Altayı kirayə qaldığı evdə də tapmayanda düşüb Bakıdakı xəstəxanaların, ölüxanaların canına… Sonra da Altayın qaldığı ərazi üzrə polisə müraciət edib:

Buna da bax: Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)

“1 ay axtardıq, sonra da Xəzər rayon Polis İdarəsinə üz tutduq. Bildirdik ki, bir aydır bu adamı axtarırıq. Dedilər, itməyib, 1-ci polis bölməsi oğurluq cinayətinə görə həbs edib”.

Ana iddia edir ki, Altayı başqalarının törətdiyi cinayətə görə həbs ediblər:

“Altayın kənardan tanıdığı iki nəfər oğurluq edib, hadisədən sonra çayxanada oturub çay içirlərmiş. Altay da həmin çayxanada olub. Eyni masada oturublar. Həmin gün axşam saatlarında polislər Altayın yaşadığı evə gələrək heç kəsə məlumat vermədən özləri ilə aparıblar. Oğlumun günahı həmin adamlarla çay içməsi olub. Deyirlər, Altayın onlarla nə əlaqəsi vardı ki, birlikdə çay içirdilər?”

VƏKİLLƏRDƏN DƏ KÖMƏK İSTƏYİR

Xəzər rayon polis idarəsindən “Qaynar xətt”ə bildirilib ki, Lerik sakini Altay Bəşirov qrup şəklində oğurluqda şübhəli bilinərək həbs olunub. İstintaq davam edir. Əlavə məlumat verilməyib.

Buna da bax: Aparıcı nəşrlər Azərbaycandakı referendumdan yazır

Ana isə ölkə başçısına, Xəzər rayonundan millət vəkili seçilmiş Mehriban Əliyevaya, daxili işlər nazirinə və baş prokurora müraciət edərək kömək istəyib.

Deyir, ailə başçısı çoxdan vəfat edib. Eyni xəstəliklərdən əziyyət çəkən daha bir əlil övladı da var və onun qayğılarını təkbaşına çəkir. Maddi durum Altaya vəkil tutmağa imkan vermir. Ana Altayın hüquqlarını təmənnasız müdafiə edə biləcək vəkillərdən də kömək istəyir.

XS
SM
MD
LG