Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:02

Təbrizdə azərbaycanlı qadın rejissorunun filmi təqdim edilib


Leyla Novruzinin çəkdiyi "Mən İsmətəm" filminin posteri.
Leyla Novruzinin çəkdiyi "Mən İsmətəm" filminin posteri.

-

Dünən İranın Təbriz şəhərində İran azərbaycanlısı qadın yazar və rejissor Leyla Novruzinin son filmi “Mən İsmətəm”in premyerası baş tutub. Film İranda böyük maraqla qarşılanıb. Leya Novruzi Oxu Zalına deyib ki, filmin baş qəhrəmanı İsmət Təbrizdə yaşayan kimsəsiz qadındır, o Təbriz küçələrindəki sahibsiz heyvanlara himayədarlıq edib, onları qoruyur, ancaq onun bu cəhdləri yerli xalq tərəfindən mənfi qarşılanır. Film gerçək həyatdan götürüldüyü üçün baş qəhramanın dilində yəni azərbaycanca çəkilib.

Leyla Novruzi "Mən İsmətəm" filminin çəkilişi zamanı.
Leyla Novruzi "Mən İsmətəm" filminin çəkilişi zamanı.

Leyla Novruzi filmi az büdcə ilə, əsasən foto çəkmək üçün nəzərdə tutulan “Canon 60” kamerası ilə çəkdiyini deyir, buna baxmayaraq filmin mövzusu - İran cəmiyyətdə qadınlara qarşı təzyiqlər və sahibsiz heyvanların haqqları dünya kinosu üçün olduqca aktualdır. Elə buna görə də Təbrizin “Naci” kinoteatrında premyerası baş tutmuş film kifayət qədər böyük qələbəliklə müşayət olunub. Leyla Novruzi Oxu Zalına deyib ki, “Mən İsmətəm” bundan sonra Ərdəbildə və İranın digər şəhərlərində də təqdim olunacaq.

Leyla Novruzinin Azərbaycanca çəkdiyi "Mən İsmətəm" filminin treyleri.
XS
SM
MD
LG