Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:34

“Dövlət səviyyəsində soyğunçuluq”


Qarabağda ölən əsgərin tabutu Yerevanda
Qarabağda ölən əsgərin tabutu Yerevanda

Ermənistanın Müdafiə Nazirliyi ölən və ya əlil olan hərbçilərin sosial müdafiəsi haqda Yeni Proqramı yaxın vaxtlarda hökumətə və parlamentə təqdim edəcək.

Proqram 2017-ci il yanvarın 28-dən sonra ölən və ya əlil olan hərbçinin ailəsinə 20 il ərzində sosial müavinətin verilməsini nəzərdə tutur. Bunun üçün xüsusi fond yaradılacaq. İşləyən hər bir Ermənistan vətəndaşının maaşından hər ay bu fonda 1000 dram (təxminən 2 ABŞ dolları) köçürürüləcək. Fond yanız bu vəsaitdən və bir də vətəndaşların könüllü ianəsindən formalaşacaq.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, Fondun bu şəkildə yaradılması cəmiyyətdə mübahisə doğurub.

“Deməli, sizin günahınızdqan və ya sizin cinayətkarların günahından sərhəddə yüzlərlə ölən və yaralanan var idi və siz gələcək riskləri tənzimləmək üçün reketin hansısa alətlərini tətbiq etmək qərarına gəldiniz? Bu, avtoritar rejimə xas davranışdır.” - Bunu insan haqları müdafiəçisi Levon Barsegian deyir. Onun fikrincə, bu proqram dövlət səviyyəsində soyğunçuluqdur.

CİBƏ GİRMƏYƏ EHTİYAC YOXDUR

İnsan haqları fəalı deyir ki, vətəndaşın cibnə girməyə ehtiyac yoxdur. “Dövlət büdcəsində bu ehtiycaları ödəməyə kifayət qədər resurs var. Bunun üçün korrupsiyanı ləğv etmək, hakimiyyəti dəyişmək, monopliyanı ləğv etmək lazımdır. Hər şey çox sadədir.”

Barsegian ad çəkmədən deyir: “Ancaq o, bunlara hazır deyil, o, zona, türmə qaydaları ilə hərəkət etmək qərarına gəlir. Pul lazımdır, “obşak” yığmaq lazımdır, deyir: hərə hər ay 1000 dram gətirsin, sonra 4 min... sonra.... ölkəni beləmi idarə edirlər. Sən nəyi idarə edirsən? Ölkəni yoxsa türməni, kolonu?”

Noyabrın 9-da Ermənistan prezidenti Serj Sarkisian deyirdi ki, apreldəki 4 günlük müharibə cəmiyyəti birləşdirdi və cəmiyyət öz vəsaitlərini orduya verdi və indi yeni proqram bu yolla konkret fonda ianə göndərməyə imkan verir.

Barsegian bununla bağlı bildirir ki, ianə vermək insanların könüllü işidir, bunu heç kim, o cümlədən prezident insanlara sırıya bilməz.

HAKİMİYYƏTƏ ETİMAD YOXDUR

“Ordu reallıqda” adlı təşəbbüs qrupunun üzvü Zarui Hovannisian da deyir ki, hakimiyyətə cəmiyyətin etimadı yoxdur, ona görə, hətta ölkənin təhlükəsizliyi naminə də hər ay hər vətəndaşın 1000 dram verməsinə imkan yoxdur.

“Biz orduda hansı sosial təbəqənin xudmıət etdiyini, sərhəddə kimlərin öldüyünü görürük. İndi həmin xalqın, həmin vətəndaşların boynuna bu yükü də asırlar. Müdafiə sistemində bu vəziyyətə gətirən korrupsiyanı isə araşdırmırlar”.

XS
SM
MD
LG