Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:41

Rasim Qaraca: “Ay şair, eşqə dair...”


Şair Rasim Qaraca.
Şair Rasim Qaraca.

Rasim Qaraca

“Ay şair, eşqə dair...”

Şaiq Vəlinin o dünyadan Murad Köhnəqalaya məktubu

Salam, ayə, ay Murad, ay qağa, hancarısan. Bil agah ol, mənim də yerim yaxşıdı, o dünyanın isti yerində özümçün dolaneram yavaş-yavaş. Ayə, xavarınn olsun, cəhənnəm indi sən bildiyin o cəhənnəm deyil, əməllicə islahat aparıflar burada, odun qıtdı, nöyüt də qurtarer dana. Ayə, indi qır qazanı, ilan-qurbağa, irinli su, əridilmiş qurğuşun – bunlar hamısı köhnədə qaldı, indi belə şeylərlə işgəncə vermerlər adama. A Murad, indi burda da hər şey demokratik oluf, humanist metodla işgəncə verməyə başlayıflar. Valla, buna işgəncə deməyə də adamın dili gəlmir. Sadəcə olaraq, adama özünün bütün həyatı boyunca danışmış olduğu yalanlara qulaq asmağa vadar ederlər, vəssəlam. Cəhənnəm ekspertləri, insanların islah olunması və təmizlənərək ən sonda cənnətdə əbədi yaşamaq şansının qazanılması üçün bunu ən təsirli vasitə hesab ederlər. Sənə qardaş tövsiyyəm, çalış orda yalan danışma. Mən bir az danışmışam, dana, bilersən, öz səsim özümü bezdirib... Ayə, burda cəhənnəm.info saytından oxudum, deyir Yazıçılar Birliyinə girmisən. Deyir demisən, Anarı yaxşı tanımamışam. Ayə niyə yalan danışersan, “Quş qripindən ölən şair” şeirini yazan sən döymüydün? Ayə, a qıvlasız, yadından çıxıbmı mənim balalarım əsir-yesir oldular Yazıçılar Birliyinin koridorunda, çox yalvardıq, heç üzümüzə baxan olmadı. Ayə, indi deyirsən yaxşı olacaq, ay Murad? Sənə yaxşı olan mənə pis oldu axı, qardaş döyülmüydük. Ayə son tikəmizi bölüb yemədikmi, son manatımızı yarı bölmədikmi, bəs axı mənə pis olan sənə hancarı yaxşı olacaq, a qadan alem, məni bu qara gorda niyə qavırırsan? Ayə, bura gələndə mənim üzümə necə baxacaqsan ay qardaş?

Buna da bax: Şaiq Vəli: "Bu, Yazıçılar Birliyinin növbəti fırıldağıdır"

Şair Şaiq Vəli.
Şair Şaiq Vəli.

Mənim tifillərimi gördünmü, necoldular, yeməyə çörək taperlarmı, bu soyuqda qiyamatda yerləri istidimi barı? Ay, Murad sən axı haqq aşiqiydin, haqqı nahaqqın ayğaına verən döyüldün, noldu sana? Ayə sən döymüdün, mən özümü düşünmürəm, eli düşünnəm deyən? Bilerəm, ehtiyacı üzü qara olsun. Ayə, bəs Elnurun ehtiyacı yoxmu, ayə bəs mənim ehtiyacım yoxmuydu? Ayə bəs Rafiq Tağının ehtiyacı yoxmuydu, adamı hax sözünə görə öldürdülər. Ayə, Cavidlərin, Müşviqlərin haqqı necolsun bəs, onların haqqını tapdayıb o qapıdan hancarı girersən sən, maa de görüm. Ay brat, bilmersənmi ağayla bostan əkənin tağı çiynində bitər? Başını hara soxersan ay Murad. Ayə, el arasında sənin bir hörmətin vardı, hara getsən cibinə pul baserdılar, orda oturma burda otur deyirdilər, el aşiqi, el şairiydin, insanlar sana baxıb umutdanardılar, onların umudunu niye qırersan ay Murad? A qıvlasız, bu misranı sən yazmadınmı: “Baxar olsan haqqa genden /Dışarısan yeddi dindən, /Bil ki Tanrı dönüb səndən, /Dostunu atdığın yerdə”. Ay qağa, əməlli otur, əməlli dur, bir ümman hörmətini bir qaşıq eyləmə. Yalanın olduğu yerə ayaq basma, cəhənnəm düzəldi, ancaq AYB düzələn döyül. Çalış yalan danışma, bura gələndə qulağın gedəcək.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG