Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

“Gəl, ey səhər” mahnısına açılan sabahlar...


Hikmət Orhun.
Hikmət Orhun.

Hikmət Orhun

“Gəl, ey səhər” mahnısına açılan sabahlar...

ikiminlərin uşaqları Esmira Çərkəzqızını xatırlamaz,

“gəl, ey səhər” mahnısına açılan sabahları da...

bəlkə onda da yaşam bu qədər baha idi,

çörək qanı qiymətinə...

ama biz balacaların qarnı həmişə tox olardı.

bəlkə onda böyüklər erkəndən sabun növbəsinə durar,

ala bilməyib qayıdardı gün kəlləsini yandıra-yandıra.

ama biz hamıdan qabaq çimərdik qulpu qırıq vannada -

sabun köpüyü gözümüzü yandıra-yandıra...

bəlkə o zaman da rejim bu qədər qansız,

yekəqarın məmurlar amansız idi.

ama biz Heydər babanı görüb alqışlayardıq,

gülən görüb gülərdik..

...son saqqızımızı da yarı bölərdik

atası müharibədən qayıtmayan qonşu uşağına...

göz yetirərdik

balaca bacımızın çay qaşığına

“birdən anamız onun stəkanına

“pesok”u bir çimdik artıq tökər” deyə.

boyumuz kimi davamız da balaca idi,

“havamız” da...

cemli əppək yeyə-yeyə

futbol oynamağa qaçardıq -

ayaq yalın, baş açıq...

bəlkə onda da futbol bu qədər pul qazandırırdı,

ama bizim üçün “bir məmməd” verib ala biləcəyimiz

“adidas” dəyərində idi...

XS
SM
MD
LG