Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:24

Pakistan şirkətləri Azərbaycanda dərman istehsal etmək istəyir


Dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına görə, forumda qida sənayesi, toxuculuq, tikinti, quşçuluq, əczaçılıq, idman malları, cərrahiiyyə alətləri, mədən sənayesi, polad istehsalı, kosmetika, geyim, kimyəvi məhsullar, logistika, müxtəlif aksesuarlar, qiymətli daşların istehsalı və digər sahələrdə fəaliyyət göstərən Pakistan şirkətlərinin iştirakı gözlənilir.

Bundan əvvəlki forum ötən il martın 12-də Bakıda keçirilmişdi.

Dekabrın 5-də Bakıda Azərbaycan-Pakistan işgüzar görüşündə, "APA-Economics"in verdiyi xəbərə görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, "Bu gün iki ölkə arasında iqtisadi əlaqələrin artırılmasında böyük imkanlar mövcuddur. Azərbaycanda istehsal olunan, xüsusilə kənd təsərrüfatı məhsullarının Pakistana ixrac olunması üçün böyük imkanlar mövcuddur".

Onun sözlərinə görə, Pakistan şirkətlərinin Azərbaycanda dərman istehsal etmək niyyətinə baxılacaq.

Pakistanın ticarət naziri Xurram Dastgir Xan isə bildirib ki, "Pakistan Azərbaycan kənd təsərrüfatı məhsullarının ölkəyə ixrac edilməsində maraqlıdır. Həmçinin, biz ölkəmizdə yeni Azərbaycan müəssisələrinin yaradılmasına çalışırıq. Pakistan Çinlə birgə iqtisadi dəhlizi yaradır və layihənin ümumi dəyəri 46 milyard dollar təşkil edir. Burada qaz terminalları, limanlar fəaliyyət göstərir. Biz Azərbaycan şirkətlərinin bu layihənin həyata keçirilməsində iştirak etməyə dəvət edirik". D. Xan bildirib ki, Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib.

Pakistanın Azərbaycan biznesi üçün hansı cəlbedici imkanları var?

İqtisadçı ekspert Elçin Rəşidov deyir ki, Pakistan əhali sayına görə böyük ölkələrdən biridir. Onun sözlərinə görə, Pakistanda bəzi məhsulların maya dəyəri aşağıdır. Elçin Rəşidov bildirir ki, Azərbaycanın Pakistana investisiya qoyması real görünməsə də, Azərbaycanın özü isə bütün ölkələrədən investisiya cəlb etməyə çalışır.

Elçin Rəşidov: Azərbaycanın Pakistana investisiya qoyması real görünməsə də...
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

İqtisadçı Vüqar Bayramov bildirir ki, Azərbaycanla Pakistan arasında əlaqələr çox yüksək olsa da iki ölkənin ticarət dövriyyəsi yuxarı səviyyədə deyil.

Azerbaijan -- Expert Vugar Bayramov, Baku, undated
Azerbaijan -- Expert Vugar Bayramov, Baku, undated

Ekspert deyir ki, Pakistan iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkə olsa da 200 milyon istehlakçısı var. Və bu, Azərbaycanlı iş adamlarına Pakistan bazarına çıxış imkanı qazandıra bilər.

Vüqar Bayramov: "Pakistanın 200 milyon istehlakçısı var"
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00
Direct-ə keçid

Ekspert Nazim Bəydəmirlinin sözlərinə görə istənilən ölkənin münasibətlərinin xoş olması həm də ticarətin stimullaşdırılmasına gətirib çıxarır. Daha sonra həmin ölkələr arasında münasibətlərdə problem yarananda bu da iş adamlarının başında çatlayır.

Azerbaijan. Baku. Former PM Nazim Mammadov
Azerbaijan. Baku. Former PM Nazim Mammadov

Ekspert biznesin siyasətdən ayrılmasının tərəfdarıdır. Nazim Bəydəmirli bildirir ki, biznes forumların keçirilməsi müsbət addımdır. Bununla yanaşı ölkədə biznes mühitinin yaxşılaşdırılmasına ehtiyac var ki, nəinki pakistanlı, digər ölkələrdən olan iş adamları da Azərbaycana investisiya qoymaqdan çəkinməsinlər.

Nazim Bəydəmirli: Biznes siyasətdən ayrılmalıdır
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG