Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Vergi amnistiyası necə işləycək?


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Azərbaycanda vergi amnistiyası gözlənilir. Milli Məclisə çıxarılan qanun layihəsinə görə, amnistiya 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Həmin dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə, borcun qalıq hissəsi amnistiya olunacaq.

Bu amnistiya işləyəcəkmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, yeni qanun layihəsinə görə 2017-ci ilin yanvarın 1-ə qədər olan vergi sanksiyalarının faizləri hamısı silinəcək.

Deputat bildirir ki, ümumilikdə birinci rüb ərzində təxminən 600 milyon manata yaxın vergi borcları silinəcək. Vahid Əhmədov bu addımı ölkə başçısının sahibkarlara göstərdiyi xüsusi diqqət kimi qələmə verir.

Vahid Əhmədov: "...vergi sanksiyalarının faizləri silinəcək"
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə Azərbaycanda vergi amnistiyasının tətbiqinə böyük ehtiyac vardı.

Ekspert deyir ki, bunu daha tez, neft bumu dövründə etmək daha yaxşı olardı. Vüqar Bayramovun sözlərinə görə, bu addım sahibkarlar üçün şərait yaradacaq.

Vüqar Bayramov: "Çoxdan lazım idi..."
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, bu addımın vergi amnistiyası adlandırılması doğru deyil.

Ekspert bu addımı indiki halda ümumiyyətlə məqbul hesab etmir.

Azər Mehtiyev bu addımın doğru olmasına şübhə edir
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

XS
SM
MD
LG