Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

"Nardaran məsələsinə yanaşma siyasi motivli idi"


Prokuror Tale Bağırova ömürlük həbs cəzası istədi
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Prokuror Tale Bağırova pmürlük həbs cəzası istədi

Dekabrın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesində prokuror Nəsir Bayramov 18 nəfər təqsirləndirilən şəxslərin hamısına ağır cəza istəyib:

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırova ömürlük, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11, Ramin Yarıyevə 10 il, qalan 12 nəfərin (Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə) hər birinə 15 il həbs cəzası.

Məhkəmə prosesini obyektiv hesab etmək olarmı?

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, əvvəldən Nardaran məsələsinə yanaşma siyasi məqsədə xidmət edirdi. Onun sözlərinə görə, bu hadisə əvvəldən planlaşdırılan siyasi motivli bir əməliyyat idi. Hüuqu müdafiəçisi bildirir ki, istintaq prosesi ağılasığmaz işgəncə faktları ilə müşayiət olunsa da, sonrakı proseslərdə bu məsələlər araşdırılmadı.

Oqtay Gülalıyevin fikrincə istintaq qeyri-qanuni, saxtalaşdırılmış formada aparılıb. Hüquq müdafiəçisi bildirir ki, məhkəmə prosesində bütün bunlar ifşa olundu. Amma araşdırılmaması bunu deməyə əsas verir ki, ümumilikdə proses qərəzli, qeyri-obyektiv, ədalətsiz aparılıb.

Oqtay Gülalıyev: "əvvəldən planlaşdırılan siyasi motivli bir əməliyyat idi"
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00
Direct-ə keçid

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, ümumilikdə prosesin aparılmasında çox ciddi suallar, məsələlər hələ də açıq olaraq qalır. Hüquq müdafiəçisinin fikrincə bu prosesdə hüquqi dövlət olaraq qanunun, hüququn aliliyi əsas götürülmədi.

Rəsul Cəfərov bildirir ki, iddia olunan işgəncə halları və ümumiyyətlə digər iddiaların heç biri araşdırılmadı. Hüquq müdafiəçisinin sözlərinə görə, əməliyyat çəkilişləri, səs yazıları ortalığa çıxmadı.

Bütün bunları əlində əsas tutduğunu deyən Rəsul Cəfərov bildirir ki, bu məsələdə siyasi motiv olduğu aydın görünür və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar şübhəli və əsassızdır.

Rəsul Cəfərov: "irəli sürülən ittihamlar şübhəli və əsassızdır"
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00
Direct-ə keçid

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyir ki, məhkəmə prosesini izləməyib. Deputat deyir ki, bununla bağlı şikayət mexanizmləri var.

Məhkəmə proisesindən və ya onun qərarından narazı qalan vətəndaşlar həmin mexanizmlərdən istifadə edərək yuxarı instansiyalara müraciət edə bilərlər.

Fazil Mustafa: "bununla bağlı şikayət mexanizmləri var"
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

XS
SM
MD
LG