Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:14

Azərbaycan Gürcüstanın ən böyük investorudur


Foto: arxiv
Foto: arxiv

Bu ilin yarısında irinci Azərbaycan Gürcüstana 283 milyon dollar investisiya qoyub

“Biz turizmin inkişafı nöqteyi-nəzərdən əməkdaşlığımızı maksimum dərinləşdirməyi və gələn il bu istiqamətdə maksimum enerji sərf etməyi qərara aldıq. Yaxın gələcəkdə Gürcüstan və Azərbaycan biznesmenləri iki ölkənin iqtisadiyyatının daha mütərəqqi olması üçü birgə biznes layihələrinə başlayacaqlar”.

Bunu Gürcüstan prezidentinin müşaviri Maya Mikeladze deyib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və ölkənin baş naziri Georgi Kvirikaşvili Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlər keçiriblər.

Buna da bax: Dövlət şirkəti məxfilik pərdəsinə bürünüb

Turan xəbər verir ki, Ş.Mustafayev Gürcüstan prezidenti ilə görüşdə iqtisadiyyat, energetika və ticarət sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Gürcüstanın baş naziri ilə görüşdə Ş.Mustafayev ticari münasibətlərin inkişafını müzakirə edib. Tərəflər iki ölkənin bazarlarına ixrac üçün potensial məhsulları müəyyən edəcək işçi qrupun yaradılması haqqında razılıq əldə ediblər.

Gürcüstan-Azərbaycan-Türkiyə forumu müzakirələri

Tərəflər noyabrın 16-da İstanbulda üç ölkənin iqtisadiyyat nazirlərinin və biznesmenlərinin iştirakı ilə keçiriləcək üçtərəfli forumu da (Gürcüstan-Azərbaycan-Türkiyə) müzakirə ediblər.

Buna da bax: Gürcüstan birinci, Azərbaycan sonuncu yerdədir...

Gürcüstan və Azərbaycan diplomatik münasibətləri 1992-ci ildə qurublar. Ölkələr ticarət, nəqliyyat və energetika sahələrində fəal əməkdaşlıq edir.

Gürcüstanın “Sakstat” Milli Statistika Xidməti-nin məlumatına görə, birinci yarımildə Azərbaycan Gürcüstana 283 milyon dollar investisiya qoyub. Bu da birbaşa xarici investisiyaların ümumi həcminin 34 faizini təşkil edir.

Bununla da Azərbaycan Gürcüstanın ən böyük investoru olaraq qalmaqdadır.

XS
SM
MD
LG