Keçid linkləri

2024, 28 İyun, Cümə, Bakı vaxtı 07:37

Ermənistan təyyarələri üçün Avropa limanları hələ də bağlı qalır


Zvartnots hava limanı
Zvartnots hava limanı

Avropa İttifaqının qoyduğu qadağandan 4 il keçməsinə baxmayaraq Ermənistanda qeydiyyatdan keçmiş aviasiya şirkətləri təyyarələrinin İttifaq ölkələrinə uçuşlarına hələ də icazə verilmir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Avropa Komissiyası “təhlükəsizlik qaydalarına” görə Ermənistan hava şirkətlərini 2020-ci ilin iyununda “qara siyahıya” salıb.

Aİ-nin Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) qərarında deyilirdi ki, Ermənistan hakimiyyəti yerli uçuşların lisenziyalanmasını lazımi qaydada icra edə bilməyib.

Ermənistan hökuməti həmin vaxt agentliyin iradlarının aradan qaldırılacağını bildirmişdi.

Ermənistan Mülki Aviasiya Komitəsinin rəsmiləri əmin idilər ki, qadağan 2022-ci ilin sonlarınadək qaldırılacaq.

İxtisaslı müfəttişlər çatışmır

EASA Azatutyuna bildirib ki, 2022-2023-cü illərdə Ermənistan Mülki Aviasiya Komitəsinə “texniki dəstək” göstərilib və təşkilat Ermənistana aviasiya təhlükəsizliyi standartlarının yaxşılaşdırılmasına dair tövsiyələr verməkdə davam edir.

Bununla belə qurum qadağanın nə vaxt ləğv oluna biləcəyinə dair heç bir məlumat verməyib.

Azatutyunun yazdığına görə bu suala komitə rəhbərinin müavini Stepan Payasliyan da cavab verə bilməyib.

Onun sözlərinə görə Yerevan Aİ standartları istiqamətində “böyük irəliləyişə” nail olub, lakin bu standartların tətbiqi üçün ixtisaslı müfəttişlər hələ də çatışmır.

Heç bir siyasi motiv yoxdur

Lakin Passenger.am sərnişin hüquqları qrupunun həmtəsisçisi Vaner Arutyunyan Azatutyuna Aİ-nin qadağınına heç cür haqq qazandırmağın mümkün olmadığın; deyib:

“Burada legitim bir sual yaranır: Ermənistan bundan əvvəl Ermənistan aviaşirkətlərinə dahamı güclü təhlükəsizlik tədbirləri tətbiq edib? Aİ-nin qara siyahısına Azərbaycan kimi avtoritar və qeyri-demokratik ölkə və ya beynəlxalq təşkilatlar tərəfindən təhlükəli sayılan Pakistan kimi ölkə daxil deyil. Odur ki, burda siyasi və iqtisadi faktorlar var. Biz bunlar barədə açıq danışmalıyıq. Mən inanıram ki, texniki problemlər var, amma bunlar Ermənistanın üstün gələ bilməyəcəyi problemlər deyil”.

Payasliyan Aİ qadağanın;n arxasında hər hansı siyasi və ya iqtisadi motivlərin olmasına dair iddiaları rədd edib və deyib ki, söhbət illər ərzində yığılıb qalmış təhlükəsizlik problemlərindən gedir.

Rəsmi bunu da deyib ki, qadağan Ermənistanın hava məkanında hava nəqliyyatının ilə 5.5 milyon sərnişin həcminə çatmasına mane olmayıb. Söhbət Ermənistanın üzərindən uçan beynəlxalq reyslərdən gedir.

Hazırda Ermənistanın bir neçə aviaşirkətinin təyyarələri yalnız Rusiyaya, keçmiş sovet respublikalarına və Yaxın Şərq ölkələrinə uçuşları icra edir.

XS
SM
MD
LG