Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 11:29

Hindistan əvəzinə Bharat?


Hindistanın hakim partiyası ölkənin beynəlxalq adını Bharat olaraq dəyişdirmək istəyir. Yerli müxalifət yaxın günlərdə ölkənin adının dəyişməsinə dair parlamentdə səsvermə keçiriləcəyini düşünüür.

Artıq Hindistan parlamentinin binasında “böyük Bharat” xəritəsi asılıb. Həmin xəritə Hindistanın mövcud sərhədləri ilə yanaşı Əfqanıstanın bir hissəsi və Pakistan, Nepal, Banqladeş, Şri-Lanka və Myanmarın bütün ərazisini əhatə edir.


G20 sammitindən sonra başlayan müzakirə

Ölkənin adının dəyişdirilməsinə dair siyasi müzakirələr Hindistanda keçirilən G20 ölkələrinin liderləri üçün təşkil olunan axşam yeməyindən sonra başladı. Yeni Dehlidə keçirilən sammitin axşam yeməyində Hindistan prezidenti Draupadi Murmunun adının qarşısında “Bharat prezidenti” yazırdı. Bu adın G20 sammiti ərzində keçirilən bütün rəsmi toplantılarda qeyd olunması dünya mətbuatında və sosial mediada müzakirələrə səbəb olub.

Bharat sözünün kökləri

Ölkə daxilində hər iki ad istifadə olunur. Bharat adı tarixi ifadə olaraq bilinməkdədir və Hindistan tarixi ilə birbaşa olaraq əlaqəlidir. Bu sözün kökləri “Ramayana” eposundakı Bharata kralın adına qədər uzanır. Hind ədəbiyyatında Himalay dağları ilə oken arasında ərazi “Bharatvarş” adlanır.

Eyni zamanda hind mifologiyasına görə, Bharat Hind subkontinentini birləşdirən ilk kraldır.

Hindistan bu şəkildə adlandırılmasının iki min ildən çox keçmişi var. Ölkə Britaniya imperiyasının tabeliyində olduğu 300 il ərzində də məhz belə adlanırdı. Hər iki ad da konsitutsiyada qeyd edilir: “Hindistan-Bhrarat adlı yer birləşmiş ştatlardır”.

Hazırda iqtidarda olan baş nazir Narendra Modinin partiyası konsitutsiyanı dəyişərək ölkənin sadəcə Bharat adlanmasını istəyir. Bu fikrin tərəfdaşları ölkə adının dəyişməsi nəticəsində Hindistanın müstəmləkəlik keçmişindən da xilas olacağını düşünürlər. Baş nazir Modi özünün hindu dilindəki çıxışlarında ölkəsini “Bharat” adlandırır.

Ölkənin müxalifət partiyaları isə hər iki addan da istifadə edilməsini və “Hindistan” sözündən tamamilə imtina edilməsini doğru hesab etmir. Onlar hazırda olduğu hər iki adın istifadə olunmasını təklif edir.

Ölkənin adının Bharat olaraq dəyişməsi başda Pakistan olmaqla qonşu ölkələrlə münasibətin pozulmasına səbəb ola bilər

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG