Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 09:45

'İşsizlərin pulu yoxdur, dövlət onların tibbi sığortasını qarşılamasa...'


Bölgə xəstəxanalarında iş yeri var, həkim yox
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Bölgə xəstəxanalarında iş yeri var, həkim yox

Heç yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə bilməlidirlər. Bu, dekabrda "Tibbi sığorta haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.

Əvvəlki qaydalara əsasən, işləməyən şəxslərin icbari tibbi sığortadan ödənişsiz istifadəsi bu il yanvarın 1-dən dayandırılmalı idi.

Qısa bilgi

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 25 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb.

İşəgötürən işçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz sığorta haqqı ödəyir. Eyni qaydada da işçi ödəniş edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 14.8 faiz artaraq 842 milyon manat təşkil edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, ötən il 2022-ci illə müqayisədə xidmət sayında 30 faiz artım olub: "Keçən ilin yanvar-oktyabr aylarında 4.5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Yəni, ölkə əhalisinin 47 faizi icbari tibbi sığortadan yararlanıb".

'Yalan söhbətdi, bütün analizlərə pul aldılar ' - Bakıda icbari tibbi sığorta
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

"Növbəyə baxdım, nəfəsim daraldı"

Bakıda yaşayan Sənubər Heydərova "Turan"a deyib ki, uzun müddətdir ayağında yaranmış problemdən əziyyət çəkir, bu səbəbdən də müayinədən keçmək istəyib: "MRT (Maqnit Rezonans Tomoqrafiya) üçün göndəriş alacaqdım. Getdim Məlikov adına 6 saylı Şəhər Xəstəxanasına, icbari sığortanın qarşısında müsibət bir qarmaqarışıqlıq vardı. Buna "növbə" belə demək mümkün deyil".

S.Heydərovanın sözlərinə görə, həkim ona deyib ki, rentgendən keçməsə, MRT-ə göndəriş yaza bilməyəcək, icbari sığortanın tələbi belədir: "Dedim, axı menisk yırtığını rentgenə niyə salırıq, hansı məntiqlə? Dedi, mümkün deyil. Çıxdım, rentgenin qarşısındakı növbəyə baxdım, yenidən dəhlizə baxdım, icbari şöbənin qarşısına baxdım, nəfəsim daraldı. Gördüm halım pisləşir, xəstə ayağımı dartıb özümü necə çölə atdım, bir mən bilirəm".

Bu şikayətə xəstəxanadan münasibət almaq mümkün olmayıb. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) növbələri müraciətlərin çoxluğu ilə izah edirlər. Problemin yaxın zamanlarda tətbiq ediləcək onlayn növbə proqramı vasitəsilə həll olunacağı bildirilir.

A.Əliyev
A.Əliyev

"Daimi olmalıdır, çünki…"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna bildirib ki, işsizlərin icbari tibbi sığortadan istifadəsi imkanı müddətsiz edilməlidir: "Adımızı "sosialyönümlü dövlət" qoymuşuqsa, bu, təbii ki, hamıya şamil edilməlidir. İşləyən vətəndaşlar onsuz da ödənişlər edir, işləməyənlərin də tibbi xidmətlərini dövlət qarşılamalıdır. Bu, daimi olmalıdır, çünki hər zaman işsizlər olacaq. Həmin işsiz vətəndaşların pulu yoxdur və dövlət onların tibbi sığortasını qarşılamasa, onlar dünyasını dəyişə bilər".

Ekspertin fikrincə, növbə məsələsini yalnız bir yolla həll etmək olar: "Bütün göndərişlər ləğv olunmalıdır. İstənilən pasient şəxsiyyət vəsiqəsini götürüb istədiyi bir tibb müəssisəsinə, istədiyi həkimə müraciət edə bilməlidir. Bəzən tibb müəssisələrində sistem donur və insanlar saatlarla gözləyir. Belə olan halda, sistemsiz qəbul etmək lazımdır".

A.Əliyev qeyd edib ki, bu il icbari tibbi sığorta üçün ötən ilə nisbətdə vəsait daha çox ayrılsa da, inflyasiyaya görə bu artım hiss olunmayacaq: "Məbləğ artırılmalıdır. Məsələn, orqan və sümük iliyinin köçürülməsi sayına limit qoyulub. Amma bu köçürmələrə təcili ehtiyacı yarananlar limitdən daha çox ola bilər. Ayrılan vəsaitin də səmərəli xərclənməsinə ciddi nəzarət olmalıdır".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG