Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:05

Azərbaycan kimi kiçik ölkələr necə davranmalıdır?


«Turan» informasiya agentliyinin redaktoru Şahin Hacıyev
«Turan» informasiya agentliyinin redaktoru Şahin Hacıyev

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycandadır. O, prezident Vladimir Putinin səfərindən bir neçə gün sonra Azərbaycana gəlib. Bazar günü – avqustun 14-də Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşüb. Müdafiə nazirliyi Şoyqunun Azərbaycana işgüzar səfərə gəldiyini bildirir.

«Turan» informasiya agentliyinin redaktoru Şahin Hacıyev Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ilə bağlı AzadlıqRadiosu-nun suallarını cavablandırır:

Buna da bax: Azərbaycan və Ermənistan ordularının qrafik müqayisəsi

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların da Azərbaycana dolayısı ilə bağlılığı var...

– Bir şeyi nəzərə almaq lazımdır ki, Rusiya müdafiə nazirinin səfəri heç vaxt təsadüfi olmur. Ciddi əsas olmadan bura gəlmir. Biz mahiyyətini bilməsək də, Şoyqunun gəlişi ciddi səbəblərə işarə edir. Bir müddət əvvəl Rusiya mətbuatında belə bir xəbər getmişdi ki, Azərbaycan öz ərazisində Rusiyanın yeni RLS qurmasına razılıq verib və bu istiqamətdə danışıqlar gedir. Bax, bu, danışıqlarda bir məqam ola bilər. Eyni zamanda, Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların da Azərbaycana dolayısı ilə bağlılığı var. Rusiya gəmiləri Xəzərin bizə aid sektorundan keçərək İrana gedir və ordan atəş açır.

Buna da bax: Roma papası: «Dünya müharibədədir»

Bir də Rusiya aviasiyası bir neçə dəfə Suriyanı bombalayıb. Ancaq Rusiya tərəfi o təyyarələrin marşrutu haqqında məlumat vermir. Xəritəyə baxdıqda onların hardan uçduğunu təxmin etmək olur, yalnız İran ərazisindən keçmək olar, bunun üçün yenə də bizim məkandan keçib gedirlər. Bu da danışıqlarda ikinci məqam ola bilər. Ümumiləşdirməli olsaq, bu söhbətlər aparılırsa, Dağlıq Qarabağ mövzusu kənarda qala bilməz. Bakı Moskva ilə sadaladığım mövzular ətrafında əməkdaşlıq edirsə, deməli, Rusiyanın Qarabağ məsələsində bizə doğru atacağı addım ola bilər. Təbii ki, bu addım da müsbət olmalıdır.

Buna da bax: Lavrov: «Söyüş işlətmək istəməzdim»

– Qarabağ məsələsinə qayıdarıq. Rəsmən təsdiqlənməsə də, dediyiniz kimi, Azərbaycanın Suriyaya atəş açılması üçün dəhliz verməsi və ya Rusiyadan silah alması kənardan necə dəyərləndirilə bilər? Azərbaycan son zamanlar Moskva ilə çox yaxınlaşır. Rusiya ilə bu yaxınlaşma ölkənin imicinə zərərli deyilmi?

Buna da bax: "Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"

Azərbaycanda və Rusiyadakı siyasi hakimiyyətlər mahiyyətcə bir-birlərinə çox yaxındırlar...

– Əvvəlki söhbətlərdən birində sizə demişdim, geopolitik məsələlərin həll olunması böyük dövlətlərin marağına zidd getdikdə mümkün olmur. Azərbaycan kimi kiçik ölkə nəyəsə nail olmaq istəyirsə, belə deyək, dünyada sözükeçən ən azından bir ölkəylə əməkdaşlıq etməlidir. Burda imic bir tərəfə qalsın. Amma hazırda geopolitik vəziyyət elədir ki, Qarabağ məsələsində Rusiya bizə nəsə təklif edir. O təklif yaxşıdır ya pis, o başqa məsələdir. Azərbaycanda və Rusiyadakı siyasi hakimiyyətlər mahiyyətcə bir-birlərinə çox yaxındırlar. Onlar bir-birini daha yaxşı anlayırlar. Qərbin bu rejimlərə münasibəti eynidir, yumşaq desək, mənfidir, onlara tutulan irad da antidemokratik olmaları ilə bağlıdır. Bu da onları yaxınlaşdırır və istər-istəməz, müttəfiqə çevrilirlər. Belə əziyyətdə qalan məsələlər qıraqda qalır.

Buna da bax: Mehman Əliyev: «Azərbaycan mediası qurduğumuz və istədiyimiz prinsiplərdən xeyli uzaqdır»

– Qalan məsələlər nədir, Şahin bəy?

– Demokratiya. Bu gün Qərbin Azərbaycana ciddi təzyiqi varmı? Bir müddət oldu, 14-15 nəfər siyasi məhbus hesab edilən şəxs azad edilənə qədər. Amma sonra yatdı, Azərbaycanın hakimiyyət üzvlərinə qarşı sanksiyalar məsələsi də yaddan çıxdı. Qərblə müəyyən səviyyədə anlaşma var. Azərbaycan hakimiyyətinin addımları razılaşdırılıb, mən demirəm bu yaxşıdır, ya pisdir. Razılaşma var, kəskin bəyanatlar da yoxdur, deməli, bazarlaşma var.

– Az əvvəl dediniz ki, Rusiya Azərbaycana nəsə təklif edir. Sizcə, Moskva Bakıya nə təklif edir?

Buna da bax: Natiq Cəfərli həbs edildi [reportaj, videolar]

Bu gün Qərbin Azərbaycana ciddi təzyiqi varmı? Bir müddət oldu, 14-15 nəfər siyasi məhbus hesab edilən şəxs azad edilənə qədər...

– Putinin dərdi hakimiyyəti əldə saxlamaq və Qərbin təzyiqini minimallaşdırmaqdır. Ona müttəfiq lazımdır. İkincisi, Rusiya özünə yeni problemlər yaratdı. Bunun biri Suriya məsələsidir və o da ikinci Əfqanıstana çevrilir. Sovet İttifaqının dağılmasının başlıca səbəblərindən biri də Əfqanıstan müharibəsi idi. Suriya məsələsində vəziyyət gərginləşir və Rusiyanın Türkiyə ilə barışmasının başlıca səbəblərindən biri də Suriya məsələsi idi, İŞİD-lə mübarizə idi. Bundan başqa, Yaxın Şərqdə on il qabaq ağlına gətirməyəcəyin hadisələr baş verir. Rusiya ilə İran hərbi müttəfiq olur, birgə hərbi əməliyyat keçirir. Bu təhlükə Orta Asiyada, Şimali Qafqazda da yarana bilər. Burda çox güman, NATO tipli yeni hərbi birləşmələr yarana bilər, Yaxın Şərq ölkələri və Rusiya arasında. Vaxtilə belə birləşmələr olub. Orda ABŞ, İran, İraq iştirak edib. Yeni hərbi birləşmələr yaranacağı halda Azərbaycan da onun üzvü ola bilər.

– Azərbaycanın son bir həftədə Rusiya, Türkiyə və İran kimi ölkələrlə formatlara qoşulması da bundan irəli gəlir? Bu cür formatlara, gələcəkdə hərbi birləşmələrə qoşulması Azərbaycana nə vəd edir? Xeyri nədir, təhlükəsi nə?

Buna da bax: Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)

Kiçik ölkənin problemi odur ki, təhlükəsizlik problemini həll etməsə, məhv edə bilərlər...

– Praqmatik yanaşmaq lazımdır. Azərbaycan üçün ən böyük təhlükə qeyri-müəyyənlikdir... Ya da Rusiya, İran, Türkiyə, ABŞ kimi ölkənin düşmənə çevrilməsidir. Ermənistana baxın, müttəfiqsiz qalıb, yiyəsiz uşaq kimidir, acınacaqlı haldadı. Kiçik ölkənin problemi odur ki, təhlükəsizlik problemini həll etməsə, məhv edə bilərlər. Suriya, İraq Azərbaycandan ərazisinə, əhalisinə görə qat-qat böyükdür, neftinə görə Azərbaycandan qat-qat zəngindir, ancaq müttəfiqləri yoxdur deyə onları tapdalayıb keçirlər. Azərbaycanın siyasi rejimindən, rəhbərinin kimliyindən asılı olmadan dediyim məsələ birinci nömrəlidir. Bizi də bu formatlara dəvət edirlərsə, təhlükəsizliyimizə zəmanət verirlərsə, üstəlik də Qarabağ kimi ağır problemin həllində nəsə vəd edirlərsə, təbii ki, bundan imtina düz olmaz. Bu, çox təhlükəlidir.

– Son sual. Ukrayna, Gürcüstan bu baxımdan NATO-ya can atır, Azərbaycan Rusiyaya meyllənir. Azərbaycan da bu yolu seçə bilərdimi?

Buna da bax: Britaniyalı jurnalist: «Ermənistan indi çətin vəziyyətdədir»

– Azərbaycan hakimiyyəti bir neçə dəfə açıq bəyan edib ki, Qərblə əməkdaşlıq etmək istəyir, lakin yalnız iqtisadi məsələlərdə. Siyasi yaxınlaşmaya ikinci dərəcəli məsələ kimi baxırlar, deyirlər ki, «gəlin alver edək, tikintiylə məşğul olaq, investisiya qoyaq, amma bizə «demokratiya» deməyin». Bu şəkildə NATO üzvü olmaq və ya AB-yə yaxınlaşmaq mümkün deyil. O qurumların öz qaydaları, tələbləri var. Mən yaxın gələcəkdə bu yaxınlaşmaya inanmıram. Bizim hakimiyyətin belə arzusu yoxdur.

Buna da bax: Rüstəm İbrahimbəyov referendumdan yazdı: «Monqol-tatar...»

XS
SM
MD
LG