"Əgər Konstitusiya özü heç nədirsə..."
Politoloq Zərdüşt Əlizadə Konstitusiyaya edilən dəyişiklik təkliflərini şərh edərkən deyib ki, "əgər dövlət bir dəstənin iradəsi ilə idarə olunursa, onun Konstitusiyasına müsbət və ya mənfi dəyişikliyin edilməsinin ümumi vəziyyətə elə bir təsiri olmur"
İqbal Ağazadə: 'Parlament sıradan çıxarılır'
«Əgər parlamentli respublika olsaydı, Milli Məclisin buraxılması dəyişikliyini anlamaq olardı. İndiki halda isə bu, prezident institutunun səlahiyyətlərini gücləndirməkdən başqa bir şey deyil».
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə bunu AzadlıqRadiosunaKonstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktını təhlil edərkən deyib. Ətraflı
'Hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki...'
«Bu Konstitusiya dəyişikliklərinin bir məqsədi var - İlham Əliyevin istədiyi müddətə qədər hakimiyyətdə qalmasına şərait yaratsın, sonra da istədiyi vaxt asanlıqla heç kimdən soruşmadan, heç kimdən asılı olmadan hakimiyyəti ailə üzvlərindən birinə ötürsün. Bu məqsədlə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılır, vitse-prezidentlər və birinci vitse-prezident statusu təyin olunur. Prezident seçilmək üçün indiyə qədər Konstitusiyada olan 35 minimum yaş aradan qaldırılır. Deməli, İlham Əliyev hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki, o adamın yaşı 35-dən azdır».
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Konstitusiyaya yeni dəyişikliklər təklifini AzadlıqRadiosuna şərh edərkən bildirib. Ətraflı
"Monarxiya qurulur"
«Görünür, hakimiyyət mövcud qanunvericiliyi kifayət qədər ciddi avtoritar, monarxist rejim qurmaqdan ötrü yetərli hesab etmir. Ona görə də Konstitusiyada dəyişikliklər etmək qərarına gəlib. Hakimiyyət ölkədə monarxiya rejimi qurmağa, hətta 5 ildən bir saxta seçkilər keçirərək özlərinə problem yaratmamağa çalışır».
Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı Konstitusiyaya yeni dəyişikliklər təklifini şərh edərkən bildirib. Ətraflı