Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

Deputatlığa namizəd Vəfa Nağı, vəkili Seymur Abbas və jurnalist Şəhla Kərim sərbəst buraxılıblar


Vəfa Nağı aksiya zamanı
Vəfa Nağı aksiya zamanı

Deputatlığa namizəd Vəfa Nağı, vəkili Seymur Abbas və jurnalist Şəhla Kərimin sərbəst buraxıldıqları bildirilir. Onları demələrinə görə, mülki geyimli şəxslər onları Bakının Əhmədli qəsəbəsinə gətiriblər.

Hələlik, məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl Neftçala rayon Dairə Seçki Komissiyasının qarşısında aksiya keçirən deputatlığa namizəd Vəfa Nağı və jurnalist Şəhla Kərim sentyabrın 6-da axşam saatlarında polisin saxladığı bildirilirdi.

Həmin rayonda olan jurnalistlərin Azadlıq Radiosuna verdiyi məlumata görə, Vefa Nağının vəkili Seymur Abbas da saxlanıb.

Hazırda onlarla əlaqə saxlamaq mümkün deyil.

Amma Nazirliyinin mətbuat xidmətinin regional qrupundan "Turan" Agentliyinə isə bildirilib ki, Neftçala rayonunda Şəhla Kərim adda jurnalist saxlanılmayıb.

Namizəd DSK qarşısında aksiya keçirir

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, 70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağı sentyabrın 6-da adıçəkilən dairənin qarşısında təkbaşına aksiya keçirir.

Vəfa Nağının AzadlıqRadiosuna bildirməsinə görə, seçkidən narazılığı olmayan namizədlərin müşahidəçiləri Dairə Seçki Komissiyasına (DSK) çağırılaraq onlardan seçkinin şəffaf keçirilməsi barədə müsbət rəy alınıb.

Onun əlavə etməsinə görə, onun müşahidəçiləri isə çağırılmayıb. Üstəlik, o hesab edir ki, daha az saxtalaşdırma olan məntəqələrin müşahidəçiləri çağırılıb, nəinki digərləri.

Vəfa Nağı bütün bunlara etiraz etdiyini bildirib.

O, sentyabrın 5-də seçki ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. MSK isə ona göndərilən şikayətləri baxılması üçün DSK-lara qaytarıb.

MSK-nın sədri Məzahir Pənahov bildirib ki, dairələr baxandan sonra yenidən şikayət olarsa, onlar da baxacaqlar.

Eyni zamanda MSK sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə keçib. Onun sözlərinə görə, MSK bütün şikayətləri araşdırır: "Sosial şəbəkədə olan görüntülər də araşdırılacaq..."

MSK-nın ilkin nəticələrinə görə, 70 saylı Neftçala seçki dairəsində Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Tənzilə Rüstəmxanlı lider namizəddir.

DSK sədri Ülvi Nəhmədzadə Vəfa Nağıya deyib ki, sabah saat 11-də iclas olacaq, ora gelin. O, "media əməkdaşları da buraxılacaqmı" sualına isə "qeydiyyatdan keçmiş jurnalistlər buraxılacaq" deyə cavab verib.

Hələlik, Vəfa Nağının etiraz aksiyasına başqa maraqlı tərəflərdən isə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG