Keçid linkləri

2024, 01 May, çərşənbə, Bakı vaxtı 05:12

Su basmış Orenburqun meri: 'Evlərinizi dərhal tərk edin. Vəziyyət kritikdir, vaxt itirməyin!..'


Orenburq şəhərində
Orenburq şəhərində

”Rusiyanın Orenburq şəhərində daşqınlarla bağlı yaranmış çox təhlükəli vəziyyətə görə kütləvi təxliyə başlanıb.

Bu barədə şəhərin meri Sergey Salmin xəbər verib. Şəhərdə sirena səslərinin eşidildiyi xəbər verilir.

Ural çayında suyun səviyyəsi son 10 saat ərzində 40 santimetr artaraq 11 metr 43 santimetr həddinə çatıb.

Bundan əvvəl Orenburqun yerli hakimiyyəti aprelin 12-də daşqının pik nöqtəsinə çatacağını və ardınca su səviyyəsinin azalacağını bildirmişdi.

Hakimiyyət orqanları Grand Park yaşayış kompleksində, Kuybışev və Solneçnı qəsəbələrində, 23 və 24-cü mikrorayonlarda, Aviaqorodok və Ovçinnı qorodok rayonlarının Uralskaya və Donquzskaya küçələrində sakinlərdən evlərini tərk etməyi rica edirlər.

Mer bu barədə özünün teleqram kanalında yazıb:

“Özünüzlə sənədlərinizi, dərmanlarınızı və zəruri əşyalarınızı götürün və evlərinizi dərhal tərk edin. Vəziyyət kritikdir, vaxt itirməyin!”.

Orenburq vilayəti administrasiyasının məlumatına görə hazırda 12 min yaşayış evini və 15 mindən çox həyətyanı təsərrüfatı su basıb.

Dörd yaşayış məntəqəsində elektrik yoxdur, Orenburqun qalan yerlərində də elektrik kəsintilərlə verilir.

Orsk şəhərində Ural çayının səviyyəsi 673 santimetrə düşüb. Dünən, aprelin 11-də nəhayət ki, çay üzərindəki bəndin yarığını bağlamaq mümkün olub.

Orenburq vilayətinin rayonlarından artıq 10.7 min adam evakuasiya edilib. Onlardan təxminən 1500 nəfəri müvəqqəti daldalanacaqda yerləşdirilib.

Sakinlər içməli su və humanitar yardım üçün növbələrə dayanırlar. Onlara habelə birdəfəlik müavinətlər verilir.

Bütünlükdə vilayətdə 10 min evi su basıb. Bunlardan 40 mini bərpaya yararsızdır.

Orenburqdakı hazırkı daşqın bu regionda müşahidə dövrü ərzində ən böyük daşqındır.

Son məlumatlara görə infrastruktura 40 milyard rublluq ziyan dəyib.

Daşqınlara görə bir neçə başqa regionda – Kurqan, Tomsk, Tümen və Kemerovo vilayətlərində də əhali evakuasiya olunur.

Daşqınlar qonşu Qazaxıstanı da bürüyüb. Burada su basmış ərazilərdən 86 min sakin köçürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG