Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:46

AŞPA referendumdan razıdır


Referendum
Referendum

«Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik». Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA)sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandar Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.

«VK-NIN RƏYİNƏ HÖRMƏTLƏ YANAŞIN»

«AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib, qanuni və legitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil edilib, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir».

Missiya eyni zamanda təəssüfünü bildirir ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınmasından ötrü Venesiya Komissiyasına müraciət etməyib. «Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq», - AŞPA nümayəndə heyətinin adından yayılmış açıqlamada deyilir.

Müşahidə missiyası düşünür ki, «referendumla bağlı kampaniya baş tutub, dəyişikliklərin həm tərəfdarları, həm də opponentləri fikirlərini təqdim edə biliblər».

«26 sentyabr referendumundan öncə daha uzun və hərtərəfli ictimai müzakirələr aparılsaydı, daha yaxşı olardı. Missiya, beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi, parlamentdə gərəkən müzakirələrin olmamasından təəssüfünü bildirir», - açıqlamada deyilir.

Buna da bax: Referendum günü - 100 saniyədə

Referendum günü - 100 saniyədə
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

HƏBSLƏRDƏN DƏ DANIŞIBLAR

Müşahidəçilər referendum kampaniyası zamanı bir neçə fəalın müxtəlif ittihamlarla saxlanılmasından təəssüfləndiklərini vurğulayıblar. Eyni zamanda, Azərbaycan hökumətinin bəzi fəalların azadlığa buraxılması ilə bağlı qərarını alqışladıqlarını bildiriblər, bu istiqamətdə növbəti addımların atılmasına çağırıblar.

Missiya Azərbaycanda seçki prosesini təkmilləşdirməyə səsləyib.

Azərbaycanının bir sıra müxalifət qüvvələri isə hesab edirlər ki, referendumda ciddi pozuntulara yol verilib. Qutulara topa-topa bülletenlər atılıb, təlimatlandırılmış şəxslər bir neçə yerdə səs veriblər.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib. Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.

Buna da bax-Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...

Karusel, topa bülleten, müşahidə kameralarının çəkdikləri...
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

XS
SM
MD
LG