Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 08:26

Keçmiş məhbus: 'Mənə dedilər sən 'gizli müxalifətsən?''


«Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov (sağda)
«Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov (sağda)

“Polis dedi ki, sən niyə mitinqlərdə iştirak edirsən?”

Keçmiş məhbus «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov sentyabrın 19-da polisə çağırılıb.

Bu barədə Azadlıq Radiosu-na onun özü məlumat verib. Hilal Məmmədov deyib ki, sentyabrın 19-da sahə müvəkkili ona yaxınlaşıb və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə getməsini istəyib: “Mənə dedi ki, rəis səninlə söhbət etmək istəyir”.

Sən “gizli müxalifətsən?”

Buna da bax: Hilal Məmmədov 1 günlüyə azadlığa çıxdı

Hilal Məmmədovun sözlərinə görə, bölmədə polislər ondan son mitinqlərə niyə getdiyini soruşublar: “Mənə dedilər ki, sən niyə müxalifətin mitinqində iştirak edirsən? Sən “gizli müxalifətsən?”

“Gah gözlə, gah rəis gələcək deyə-deyə məni axşama kimi orda saxladılar”.

Keçmiş məhbus deyir ki, onu bir neçə saat bölmədə saxlayıblar: “Gah gözlə, gah rəis gələcək deyə-deyə məni axşama kimi orda saxladılar. Ailə üzvlərim, yaxın qohumlarım haqqında bir-bir soruşub yazdılar. Yəqin, gələcəkdə mənə təsir etməkdən ötrü onlara təzyiq edəcəklər”.

Qarşı tərəfin də mövqeyini öyrənmək məqsədi ilə, 25-ci polis bölməsi ilə əlaqə saxladıq. Ancaq oradan suallarımızı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə verməyimizi istədilər.

Buna da bax: Narkotik - Azərbaycanın «ümummilli ittiham maddəsi» - infoqrafika

Hilal Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilmişdi.

Ancaq DİN-in mətbuat xidməti ilə əlaqə qurmaq cəhdlərimiz isə nəticə vermədi.

Hilal Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilmişdi. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırmaqda ittiham olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

O, martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Buna da bax:

Hilal Məmmədov: "Haqq-ədalət naminə mübarizəmizi davam etdiririk"
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG