Keçid linkləri

2024, 03 Avqust, şənbə, Bakı vaxtı 19:03

Ukrayna ərazilərinin Rusiyaya güzəştini təklif edən məktub yazılıb


Londonda Vladimir Putini və Volodimir Zelenskini təsvir edən freska
Londonda Vladimir Putini və Volodimir Zelenskini təsvir edən freska

ABŞ-nin və Britaniyanın Moskvadakı iki keçmiş səfiri Ukraynada onun 1991-ci il sərhədlərinə qayıdılmadan dərhal sülh təklif ediblər.

"The Financial Times" qəzetində dərc olunmuş məktubda deyilir ki, ərazi güzəştləri Ukraynanın müstəqilliyi üçün "kiçik bədəl" olardı.

Müraciətə habelə Şərqi Avropa üzrə bir neçə ekspert də imza atıblar.

Məktub müəllifləri hesab edirlər ki, vəziyyətin ciddi eskalasiyası olmadan Rusiyanı Donbas və Krımdan çıxarmaq mümkün olmayacaq.

Məktubda deyilir ki, əgər sülh hazırda Ukraynada yaranmış qüvvələr nisbəti əsasında qaçılmazdırsa, buna məhz indi nail olmamaq "mənəviyyatsızlıq" olardı: "Qərbin sülhün danışıqlar yolu ilə həllinə razılaşmaması belə bir inama əsaslanır ki, Ukraynanın tam qələbəsini təmin etmək mümkün olmasa, bu, Putinə sudan quru çıxmaq imkanı verəcək. Amma bu zaman müharibənin ən mühüm nəticəsi nəzərə alınmır: Ukrayna da, Finlandiya 1939-40-cı illərdə etdiyi kimi, öz müstəqilliyi uğrunda mübarizə aparıb və onu əldə edib. Bəzi ərazi güzəştləri reallıq üçün çox da baha olmayan qiymət kimi görünür, nəinki müstəqilliyin görüntüsü".

Elə Putinin dediyi kimi?

Müəlliflər hesab edirlər ki, Vaşinqton Moskva ilə Rusiya və Ukraynanın maraqlarını nəzərə alan təhlükəsizlik müqaviləsi üçün danışıqlar aparmalıdır.

Təklifə görə, danışıqlar Ukraynada atəşin müvəqqəti dayandırılması elan edildikdən sonra başlanmalıdır.

Məktubu Birləşmiş Ştatların 1987-1991-ci illərdə Ronald Reyqan və ata Buş tərəfindən SSRİ-yə təyin edilmiş keçmiş səfiri Cek Metlok, Böyük Britaniyanın 2004-2008-ci illərdə Rusiyadakı səfiri Entoni Brenton, Lordlar Palatasının üzvü, sosioloq Robert Skidelski, britaniyalı jurnalist və politoloqlar - Anatol Liven, Riçard Sakva, Tomas Fazi, habelə Britaniyanın iki keçmiş diplomatı - Kristofer Qrinvilİen Praud imzalayıblar.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda demişdi ki, Rusiya indi sülh üçün təkcə Krım, Donetsk və Luqansk vilayətlərini deyil, habelə Zaporojye və Xerson vilayətlərini də tələb edir.

Moskva hazırda paytaxt Zaporojye və Xerson şəhərlərinə nəzarət etmir.

Ukrayna isə dəfələrlə bəyan edib ki, Rusiya qoşunları onun 1991-ci il sərhədlərindən tamamilə çıxarılmalıdır.

XS
SM
MD
LG