Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:25

Ukrayna Zelenskiyə sui-qəsd cəhdində şübhəli bilinənlərin saxlandığını deyir


Volodimir Zelenski Kirill Budanovu "Qızıl Ulduz" ordeni ilə təltif edir. 9 fevral, 2024-cü il
Volodimir Zelenski Kirill Budanovu "Qızıl Ulduz" ordeni ilə təltif edir. 9 fevral, 2024-cü il

Ukraynanın təhlükəsizlik xidməti - SBU xəbər verir ki, Dövlət Mühafizəsi İdarəsinin iki polkovniki prezident Volodimir Zelenskiyə, habelə SBU-nun rəisi Vasili Malyuka, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanova və dövlətin başqa yüksək vəzifəli nümayəndələrinə sui-qəsd cəhdində şübhəli qismində saxlanıb.

Məlumatda deyilir ki, Dövlət Mühafizəsi İdarəsinin əməkdaşları “hərbi vəziyyət zamanı dövlətə xəyanətdə və terror aktına hazırlıqda” ittiham edilirlər.

Bu da bildirilir ki, saxlanmış zabitlər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) casus şəbəkəsinə daxil olublar.

"Pul müqabilində və könüllü"

Bu şəbəkənin təşkilatçılarının isə FTX-nin operativ informasiya üzrə 5-ci xidməti 9-cu departamentinin üzvləri Maksim Mişustin, Dmitri PerlinAleksey Kornev olduqları bildirilir.

İstintaqın versiyasına görə şübhəlilər “pul müqabilində və könüllü olaraq FTX əməkdaşlarına Ukraynaya qarşı təxribat fəaliyyətinin aparılmasında köməklik göstəriblər”.

İstintaq iddia edir ki, sözü gedən polkovniklər Rusiya xüsusi xidmətinin əməkdaşlarına məxfi məlumatları ötürür, habelə “terror aktının keçirilməsi üçün vasitələri hazırlayır və gizlədirdilər”.

Müstəntiqlər deyirlər ki, terror aktı Kiyev vilayətindəki şəxsi evlərdən birində baş verməliydi.

Sui-qəsd planı

SBU bildirir ki, şübhəlilərdən biri Kiyevə kamikadze dronlarını, tank əleyhinə RPG-7 qumbaraları üçün çaxmaqları və piyadalar əleyhinə MON-90 minalarını şəxsən gətirib.

Müstəntiqlərin versiyasına görə bunlardan sui-qəsd əməliyyatında istifadə olunmalıydı.

SBU bildirir ki, agentura şəbəkəsinin üzvləri plana görə əvvəlcə GUR-un rəisi Kirill Budanovu ləğv etməliydilər. Bu terror aktı Pasxa bayramının ərəfəsində törədilməliydi:

"Düşmənin planı belə idi: ələ alınmış agent mühafizə olunan şəxsin hərəkətlərini müşahidə etməliydi və bu məlumatı düşmənə ötürməliydi. Hədəf olunan məmurun binanın içərisindəki koordinatları bəlli olandan sonra raket zərbəsi endirilməliydi. Bunun ardınca ətrafda sağ qalmış adamlara dronla hücum edilməliydi. Bundan sonra rusiyalılar drondan istifadənin izlərini itirmək üçün ora daha bir raket zərbəsi endirməliydilər”.

“Putinə hədiyyə iflasa çevrildi”

Amma bu plan pozulub. Çünki SBU əməkdaşları fiqurantların bütün hərəkətlərini sənədləşdirir, daha sonra isə onları həbs edirdilər.

Şübhəlilərin evlərində axtarış aparıldığı, silah-sursat və başqa sübutların aşkar edildiyi bildirilir.

SBU-nun rəhbəri Vasili Malyuk deyib:

"Bizim xüsusi əməliyyatımız haqqında məhdud çevrədə adamlar məlumata malik idilər. Əməliyyata isə mən özüm şəxsən rəhbərlik etmişəm. Putinin inauqurasiyası üçün hədiyyə kimi düşünülmüş terror aktı, Rusiya xüsusi xidmətinin iflası oldu”.

Aprel ayında Polşada Rusiya xüsusi xidmətləri ilə əlaqədə şübhəli bilinən ölkə vətəndaşı həbs olunmuşdu.

SBU o vaxt bildirmişdi ki, həbs olunan şəxs Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) Volodimir Zelenskiyə sui-qəsddə kömək etməliydi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG