Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19

«Əliyev rejimi informasiya məkanını məhdudlaşdırmaq xətti seçib»


Müsavat Partiyasının başqanı İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbər
«Day.az kifayət qədər populyar və nəinki Azərbaycan, Qafqaz internet məkanında, ümumiyyətlə rusdilli internet məkanında öndə gedən saytlardan biri idi».

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosuna müsahibəsində belə deyib.

Onun sözlərinə görə, saytın yaradıcıları, Azərbaycan reallıqlarının imkan verdiyi dərəcədə bütün mövqeləri ifadə edən portal yaratmışdılar:

«Bu baxımdan həmin saytın bağlanması Azərbaycanın informasiya fəaliyyətini xeyli məhdudlaşdıracaq. Çünki day.az saytı Azərbaycan dövlətinin maraqları ilə bağlı bir çox məsələlərdə prinsipial mövqe tuturdu. Saytın bağlanmasını mənfi dəyərləndirirəm və inanmaq istərdim ki, hansısa anlaşılmazlıq olub və qısa müddətdə məsələ həll olunacaq. Ümumiyyətlə, hakimiyyətin söz və mətbuat azadlığına hücumu internetdə günü-gündən güclənməkdədir. Əliyev rejimi internet kimi önəmli bir informasiya məkanını məhdudlaşdırmaq xətti seçib».

Deputat Elmira Axundova isə «Azadlıq» radiosuna deyib ki, sayt texniki problem üzündən bağlanıb. Problem ABŞ-da yaranıb, bir neçə günə portal öz işini bərpa etməlidir:

«Mən dəqiq bilirəm ki, bu, texniki, Amerikadakı ötürücüylə bağlı meydana çıxan problemdir».
XS
SM
MD
LG