«Artıq 2 aydır belədir, ticarət 60-70 faiz aşağı düşüb. Alver yoxdur. Fikirləşirdik ki, bəlkə Məhərrəmlik ayına görədir, indi görürük yox, bu, elə o məşhur maliyyə böhranıyla bağlıdır».
Rasim Əliyev maliyyə böhranının ona vurduğu ziyandan gileylənə-gileylənə alıcı olmayan mağazasında var-gəl edir. Onun Bakının mərkəzindəki məişət texnikası satan mağazasında satıcıları da müştəri gözləyirdi. Mağaza böyük olsa da, bom-boşdur. Sahibkar deyir ki, artıq 0 faizlə kredit verməyə başlayıblar. Müştəriləri cəlb etmək üçün başqa yollar da axtarırlar:
«Sabahdan hədiyyə kampaniyasına da başlayırıq. Üstəlik, qiymətləri də 30-40 faiz ucuzlaşdıracağıq. Üstündə də hədiyyə. Hələ fikirləşirik ki, hər alıcıya başqa güzəştlər də edək. Bu böhran bizi elə vəziyyətə qoyub ki, müştəri deyəndə ki, olanım budur, elə olur onun dediyi qiymətlə də razılaşırıq. Elə vəziyyətdir ki, malı saxlamağın heç bir mənası yoxdur. Olanı sataq, yenisini gətirək, bəlkə onda xeyir götürərik».
Mağaza sahibi deyir ki, vəziyyət çətin olsa da, işçilərindən heç kimi çıxarmayıb, baxmayaraq ki, hərdən ağlından bu da keçir:
«Əvvəl ayda 20 model soyuducu satırdıq, indi beşini satanda sevinirik.
Elə vaxt olur bütün günü boş-bekar otururuq, ancaq hamının ailəsi var».
Nadirin də bir-birinin üstünə müxtəlif mallar qalaqlanmış elektrotexnika mağazası var. Ancaq onun dükanı Rasimin dükanından qat-qat kiçikdir. Ancaq o da mallara endirimlər edir. Dükanının üstünə böyük qırmızı hərflərlə 36 ay müddətinə 0 faizlə kredit yazıb vurub. Fikirləşir ki, bununla müştəri cəlb edə biləcək:
«Qiymətlərdə endirim də edirik. Ən çox qiymət televizorda düşüb. Elə televizor var ki, qiymətində 100-130 manat endirim edirik. Alıcı 1-2 nəfər olsa, böyük şeydir».
Ödənişsiz kredit elanını Fariz Məmmədov da dükanının üstünə yapışdırıb. O, mobil telefon satışıyla məşğuldur. Mobil telefon aludəçisi olan yerli müştərilərinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən narahatdır:
«70-80 faiz alıcılıq düşüb. Fevral-mart ayından bunu lap çox hiss edirik. Əvvəl gündə 15-20 telefon satırdıq. İndi 3, uzağı 5 dənə satırıq. Həm də indi satdıqlarımız ucuzlardır, camaat əvvəlki kimi bahalı telefon almır».
Gülnar Məmmədova pal-paltar, ayaqqabı satışıyla məşğuldur:
«Bizim dükanda indiyə qədər heç vaxt 70 faiz endirim olmamışdı. İndi isə var, həm də alver də çox zəifdir».
Alıcı Fəridə Məmmədova isə neçə aylardır almaq istədiyi soyuducuya tamaşa edir. Deyir ki, 2 ay əvvəllə müqayisədə bu soyuducunun qiyməti 100 manat düşsə də, ala bilmir:
«Düzdür, böyük endirimdir, ancaq yenə ala bilmirəm».
İqtisadçı Zöhrab İsmayıl deyir ki, mağazalardakı böyük endirimlər vəziyyətdən çıxmaq üçündür. Alıcılığın artması üçün bəzən sahibkarlar bunu bank yoluyla etmirlər:
«Bəzi hallarda bunu banksız edirlər. Məhsullarını satmaq üçün bu addımları atırlar, ancaq bu, çox risqlidir. Bankların hansısa mexanizmləri var, onlar bunu sığorta edirlər və s. Belədə isə məhsulları alanların hüquqi öhdəliyi yaranmır. Sabah həmin məhsulun qiymətini ödəməkdən imtina edə də bilər. Bütün bunlar alıcılıq qabiliyyətinin azalmasıyla bağlıdır».
Hökumət rəsmiləri çıxışlarında maliyyə böhranının Azərbaycana elə də böyük təsir göstərmədiyini deyirlər. Bakı mağazalarındakı alıcılar və satıcılar isə deyirlər ki, güzəranlarında bunu get-gedə daha çox hiss edirlər.