Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni"


BƏHRAM BAĞIRZADƏ
  • 1972-ci ildə Bakıda anadan olub.
  • Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
  • O həm də karikatura çəkir, əsərləri fərdi sərgisindən başqa bir çox sərgilərdə də nümayiş olunub.
  • Amma təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda bu adamın tanınmasında müstəsna rolu “Şən və Hazırcavablar” kubunda -“Bakılı Oğlanlar” komandasındakı çıxışları oynayıb.

-Vaxt ayırıb studiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirik.

-Siz sağ olun ki, lazımlı bilib məni dəvət eləmisiniz. İnanıram ki, bu isti gündə söhbətimiz də səmi, isti keçəcək.

- İsti sıxır sizi?

-İsti də əladır. Tanrı bizə göndərib bu gözəl havanı və biz bu günümüzə də şükr eləməliyik.

-İşləriniz necə gedir?

-İşlərim şükr Allaha əla gedir. Bir Tanrı bəndəsi olaraq əgər səhər oyanmışamsa, yaxşı əhval-ruhiyyədəyəmsə, qulağım eşidir, danışa bilirəm, səhhətim yaxşıdısa və Azadlıq radiosu da yada salıb məni dəvət edirsə deməli şükr Allaha, işlər əladı.

-Təsəvvür edək ki, bir gün yuxudan ayılırıq, danışa bilmirik və ya gözlərimiz görmür. Onda nə eləmək lazımdır, yenə şükür etməliyik?


-Bəli şükr eləmək lazımdır, çünki ondan da pis ola bilərdi. Mənim aləmimdə əgər insan ayılıb görsə ki, danışa bilmir, birinci düşünməlidir ki, bu nədən irəli gəlir və günahı ilk növbədə özündə axtarmalıdır.



Tanrı rəhmdildir. Və müsəlman namaz qılanda hər dəfə dua edir ki, ay Allah əgər mənim günahım varsa onun cəzasını bu dünyada ver, axirət gününə saxlama. Gör insanın nə boyda günahı olmalıdır ki, səhər yuxudan oyananda dili tutulsun, danışa bilməsin.

Amma, əgər artıq bu başına gəlibsə yenə də şükr eləməlisən ki, Tanrı sənin cazını bu dünyada verdi və ondan da pis şeylər ola bilərdi.

- Özünüzdə günah axtardığınız vaxt olub?

- Bəli. 10 il əvvəl daxilimdə mübarizə gedirdi. Allahın rəhmi gəldi, düz yola çəkdi məni. Ona görə də rahatam.

-İçinizdə belə bir mübarizənin gələcəkdə baş verə biləcəyi ehtimalı var ya yox?

- Hər gün dua edirəm ki, nələrdən uzaqlaşmağa çalışmışam və əksəriyyətinə nail olmuşam, yenidən içimdə o mübarizə getməsin.

-1972-ci ildə anadan olmusunuz. 72-dən 2009-a nə tapmısınız?

- Çox şey tapmışam. Ailə, ailə üzvləri və sairə. Amma ən əsası Allahın yoludur ki, onda rahatlıq tapmışam. İtirdiklərim də var əlbəttə.

Bu yaxınlarda atam dünyasını dəyişdi, 72 yaşında.

Baxmayaraq ki, bu itkini həzm etmək çox çətindir mənimçün, amma şükürlər olsun ki, o doğrudan da dəyəprli həyat yaşamışdı və tanıyanlar da bunu deyir.



-Hər halda iman adamı başqalarından fərqli olaraq belə halları nisbətən rahat keçirməlidir.

-Dua edirəm ki, Allah o dünyasını versin. Mənim də əməllərim bu dünyada düz olsun ki, Tanrı o dünyada görüşməyimizə imkan yaratsın.

-Tanrı sizi niyə yaradıb?

- Deyə bilmərəm niyə. Amma yəqin ki, alnımıza yazdıqlarını həyata keçirmək üçün. Və mənim də hesab edirəm ki, ən birinci vəzifəm balalarımı düzgün böyüdüb tərbiyə etməkdir. Necə ki, valideyinlərim belə edib.

- “KVN” sizdən nə aldı?

- Karl Marks deyib ki, «vaxt gələcək insanların hər şeyi olacaq, bircə vaxtı çatmayacaq».

Bax “KVN” məndən həmin vaxtı aldı. Vaxt Allah tərəfindən verilən bir bərəkətdir. Onun içində ruzi də var. Həmin vaxtı elmə sərf edə bilərdim.

Digər tərəfdən isə Tanrı 90 -cı illərdə hər gün məğlubiyyətlərlə üzləşən bu millətə həmin komandanı yetirdi ki, biz qalib gələk və insanların qəlbində qələbə ümidi yaradaq. Ola bilsin ki, bizim də o mərhələdə vəzifəmiz bu idi. Tanrı belə məsləhət görmüşdü.

İndi isə balalarımı böyüdürəm. Maksimalist deyiləm. Dua edirəm ki, Tanrı balalarımı dolandıra biləcək, yaxşı tərbiyə edə biləcək qədər ruzi göndərsin. Artıq istəmirəm. Bir də uşaqlara yaxşı təhsil verə bilim. İmkan olsa xaricdə. Ancaq respublikaya qayıdıb öz xalqına qulluq eləmələri şərtilə.

-Niyə xaricdə təhsil alsınlar?

- Çünki Azərbaycanda indi təhsil sistemi çox aşağı səviyyədədir.



-Nə vaxt həyəcanlanırsınız?

- Savadsız insan görəndə həyəacanlanıram, özümü çox pis hiss edirəm.

-Bəs özünüzdən savadlını görəndə nə edirsiniz?

-Baş əyirəm qarşısında və heyfslənirəm ki, əvvəlki illərimdə niyə mən bu elmə yiyələnməmişəm. Çox şeyləri bilmirəm. Elə öz sənətimdə də. Və çalışıram ki, vaxt tapıb kitablar əldə edim, öyrənim.

- Səhnədən adamlar necə görünür?

- Bimirəm necə görünür. Amma «Planeta parni iz Baku» teatrının rəhbəri Tahir İmanovdan xahiş eləmişəm ki, gələcəkdə tamaşanın sonunda – final musiqisi səslənəndə aktyorlar səhnəyə əllərində böyük güzgülərlə çıxsınlar və tamaşaçılar özlərini bu güzgülərdə görə bilsinlər.

- Bəs tamaşaçıların arasından özünüzü gödüyünüz olur?

-Əlbəttə olur. Və istəməzdim ki, mən o obrazların arasında olam. Bundan ötrü daxilimdə mübarizə də gedir. Məsələn fikirli olaraq birməyib maşını işıxforun qırmızı işığında sürmüşəm və bundan çox əziyyət çəkmişəm. Halbu ki, bu gün Bakıda maşını qırmızı işıqda sürən hələ bir əda ilə də ətrafına baxıb «qəhrəmanlağını» başqalarının da gördüyündən əmin olmaq istəyir.

-Niyə insan belə olur?

-Məncə bu ilk növbədə imansızlıqdan irəli gəlir, yəni Allah qorxusu yoxdu onda. 2-cisi bu mədəniyyətsizlikdən irəli gəlir. 3-cü də savadsızlıqdan. Almaniyada yol hərəkəti qaydalarını pozmağa, xüsusilə maşını səxoş idarə etməyə görə çox ciddi cəza nəzərdə tutulub. Məncə, bizdə də belə etsələr pis olmazdı.

-Sizcə bu effekt verər?

-Mənə elə gəlir ki, əgər istənilsə – yəni "bu belə olmalıdır" deyilsə, bir günə bu problemi həll etmək olar.

-Kimi axtarırsınız tez-tez?

- Son zamanlar - atamı. Baxmayaraq ki, 16 yaşımdan çalışıram. Asılacağım olmayıb. Fəhləlikdən başlamışam, bu günə gəlib çıxmışam. Maddi tərəfdən yox, amma mənəvi tərəfdən dayağımı itirmişəm. Ona görə doğrudan da bir az çətinlik çəkirəm həyatda.

XS
SM
MD
LG