Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:36

Parisdə etiraz aksiyası


Aqil Xəlil: «Biz aksiyanın qətnaməsini səfirliyə təqdim etdik»
Aqil Xəlil: «Biz aksiyanın qətnaməsini səfirliyə təqdim etdik»
Fransada yaşayan bir qrup azərbaycanlı Azərbaycanın Fransadakı səfirliyi qarşısında Azərbaycanda söz azadlığına basqılara etiraz olaraq aksiya keçirib. Xəbəri «Azadlıq» radiosuna etiraz aksiyasının təşkilatçılarından Aqil Xəlil verib.

Aqil Xəlilin sözlərinə görə, təxminən 20-yə yaxın aksiya iştirakçısı səfirlik binası önündə şüarlar səsləndirərək Azərbaycanda azad fikrə basqılara etirazlarını bildiriblər:

«Biz aksiyanın qətnaməsini səfirliyə təqdim etdik. Sənəddə həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılması, ölkənin Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə əməl etməsi, fərqli siyasi görüşü olan insanlara qarşı təqibləri dayandırması tələb olunur».

Azərbaycanın Parisdəki baş konsulu Famil Əliyev aksiya iştirakçıları ilə görüşərək onların tələblərini dinləyib.

Aqil Xəlilin sözlərinə görə, etiraz aksiyasını Fransa və İsveçin KİV-i izləyib.

İyulun 23-də Fransada yaşayan azərbaycanlılar YUNESKO-nun baş qərargahı qarşısında Azərbaycanda gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı etiraz aksiyası keçirməyi planlaşdırırlar.
XS
SM
MD
LG