Bəzən bir mədəniyyətə məxsus abidə dəyişdirilib başqa mədəniyyətin adına çıxılır. Buna mədəniyyətin soyqırımı demək olarmı? «İz»in budəfəki sayında məhz bu suala cavab axtarılır. Yenicə çapdan çıxmış «Məcburən erməniləşdirmə» kitabının müəllifi, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Faiq İsmayılov «Azadlıq» radiosunun qonağıdır.
- Faiq bəy, bu təşkilatı nə vaxtdan yaratmısınız?
- Bu təşkilat 2000-ci ildən fəaliyyət göstərir. 2005-ci ildə dövlət qeydiyyatından keçdik. Bu illər ərzində əsas məqsədimiz işğal olunmuş Azərbaycan torpaqlarındakı tarix və mədəniyyət abidələrinin beynəlxalq təşkilatların köməyi ilə müdafiəsini, mühafizəsini təşkil etmək və bu məlumatları ölkə əhalisinə çatdırmaqdır.
- Bəs «Məcburən erməniləşdirilmə» kitabı necə yarandı?
- Mövzu maraqlı olduğu üçün məni çəkdi. Bu, XVIII əsrdə ruslar tərəfindən düşünülmüş plandır. Planın icrası 1827-ci ildə, ilk öncə İrəvan şəhərində çar Rusiyasının idarəetmə qurumu yaradılması ilə başlandı. Həmin dövrlərdən başlayaraq bu ərazilərə erməni millətindən olanları, daha çox xarici ölkələrdən dəvət etməklə yerləşdirməyə çalışırdılar. O dövrdə istər İran, istər Osmanlı Türkiyəsi ilə Rusiyanın xeyli problemləri vardı. Ruslar bu iki dövlətin arasında bir xristian dövləti yaratmaq arzusundaydılar. Və bunun üçün üzüyola, Rusiyadan tam asılı vəziyyətdə olan, onun sözünü eşidən bir millət gərək idi. Bu ermənilər oldu. Hələ 1 Pyotrun 1724-cü ildə ermənilərin Rusiyanın himayəsinə keçməsi haqda sərəncamı vardı. Azərbaycan torpaqları, Arazın şimalı Rusiyaya qalandan sonra bu ideyanın gerçəkləşməsinə başlandı.
- Məqsəd nə idi bu dövləti yaratmaqda?
- Elə bir dövlət olmalıydı ki, bufer zona olsun, Rusiyanın tabeçiliyində olsun, həm də ölkə müharibələri öz sərhədindən çox kənarda başlasın. Bunun üçün də, xaricdən - Türkiyədən, İrandan, Fransadan, Rusiyanın özündən xeyli sayda ermənilərin köçürülməsinə və məskunlaşdırılmasına başlandı. Bu Rusiyanın vəsaiti hesabına, planlı şəkildə aparılırdı. Bir çox arxiv sənədlərində və xarici tədqiqatçıların, eləcə də rus tarixçilərinin əsərlərində dediklərimin sübutunu tapmaq mümkündür. Nəticədə, 1911-ci ildə Cənubi Qafqazda 1 milyon 300 min erməni vardı. Rus tarixçisi Solovyov yazırdı ki, bu ermənilərin 1 milyonu rusların yerləşdirdiyi ermənilərdir. Ermənilər bu ərazilərdə məskunlaşandan sonra, türkləri evlərindən çıxarmaq yolunu tutdular. Təbii ki, zorakılıq baş verirdisə, «ədalət» ermənilərin tərəfində olurdu. Çünki ərazi Rusiya ərazisi sayılırdı. Bax, beləcə etnik təmizlənmə başladı...
- Sovet dövründə nələr baş verdi?
- Bolşeviklərin hakimiyyəti dövründə də ermənilər dəstəkləndi və bu erməni dövlətinin yaranması ilə nəticələndi. Qərbi Azərbaycan, Dərələyəz, Zəngəzur, İrəvan, Şərurun böyük bir hissəsi bu dövlətə qurban getdi... Bundan sonra ermənilər Azərbaycanın içərilərinə doğru-Qarabağa, Gəncə istiqamətinə meylləndilər. İ.Stalinin məşhur qərarından sonra 1947-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın xam torpaqlarına-Kür-Araz ovalıqlarına, «pambıqçılığı inkişaf etdirmək üçün», həmçinin Orta Asiyaya deportasiya edildilər. Stalinin o qərarında açıqca deyilirdi ki, orda yaşayan azərbaycanlıların evlərinə xaricdən gələn ermənilər yerləşdirilsin...
Ermənilər hər bir tarixi şəraitdən yararlanmağı bacarırlar. Sovetlər dağılanda da belə oldu. Azərbaycan türklərini Ermənistan ərazisindən tam çıxardılar. Qarabağa yiyələndilər. Naxçıvan və Qazax istiqamətində dairəvi hücumlar təşkil etdilər. Azərbaycan dövlətinin gücsüzlüyündən istifadə edib bu ərazilərdən də çaldılar. Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququndan danışırlar. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıldamı öz müqəddəratlarını təyin edəcəklər? Bəlkə Naxçıvanda-Həsənqulu dağında, Kərki kəndində və digər kəndlərdə? Ya Qazax-Tovuzda işğal olunmuş, hektarlarla torpaq sahəsi olan 19 kənddə? Burda müqəddəratdan deyil, sadəcə Rusiyanın əli ilə Azərbaycan torpaqlarının işğalından söhbət gedir...İndi də başqa bir hiyləyə əl atıblar.
- Nəyə?
- İşğal etdikləri ərazilərdə adam yaşadı-yaşamadı kilsə tikirlər. Ərazilərimizi azad edib oralara dönəndə, beynəlxalq konvensiyalar bizə imkan verməyəcək ki, kilsəni sökək. Belə də, 100 il sonra ərazi iddiası qaldıracaqlar ki, bizim millət bu ərazidə yaşayıb. Bu da sübut!
Hamınız bilirsiniz ki, Şimali Azərbaycanda alban dövləti olub. 28 xalq yaşayıb bu dövlətdə. Böyük hissəsi türk olan Alban dövlətinin təşəkkül tapmasında, mədəniyyətinin inkişafında onların xüsusi rolu olub. İndi DQR ərazisində mövcud olan 20-30 min erməni o ərazilərdə albanlardan assimliyasiya olunmuş ermənilərdir. Onlar bu gün də bunu öz soyadlarında yaşadırlar. Demək, ikinci hiylə: Alban yazı kitabələri götürülür, ora erməni dilində yazılmış kitabələr yerləşdirilir!..
- Hardan alırsınız bu məlumatları?
- Ermənistandan və Dağlıq Qarabağdan. Onlarda da insanlar var ki, müharibə istəmir. Sakit yaşamaq istəyirlər. Bu insanlar erməni siyasətinin qurbanına çevriliblər. İstədiklərini deyə bilmirlər. Mən adlarını açıqlasam onları məhv edərlər. Bu gün mən Faiq İsmayılovun düşüncəsində ermənilərin düşmən obrazı yoxdur. Erməni siyasətinin Rusiyaya təslim olmuş mafiya sistemi var. Onlara yaşamağa imkan vermirlər. Onları dilənçi kökünə salıblar. Ermənistanın beynəlxalq xətlərdən kənarda qalması onun firavanlığına, görün necə zərbə vurur?
- Faiq bəy, siz özünüz ixtisasca tarixçisinizmi?
- Yox, tarixçi deyiləm. İncəsənət institutunu bitirmişəm. 80-ci illərdən tarixi abidələrlə məşğul olmağa başlamışam. O dövrdə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilov bir cəmiyyət yaratmışdı - Tarix və mədəniyyət abidələrini mühafizə cəmiyyəti. Mən Laçın ərazisi üzrə katib idim. Ekspedisiyalara gedirdik. Laçında 800-dək slayd çəkdim və sonra o slaydları ordan çıxara bildim. 2003-cü ildə «Tarixin faciəsi Laçın» adlı kitabımda həmin slaydlardan istifadə etdim.
- Yeri gəlmişkən, Laçındakı mədəniyyət abidələrinin indiki durumundan xəbəriniz varmı?
- Oradakı ermənilər qalaların yerini bilmirlər – xeyli sayda müşahidə qalalarının – antik abidələrin sayını deyirəm. Bundan başqa yeraltı tunellər, türk kurqan və tağları var. İşğalçılar Qafqaz Albaniyasına aid xeyli daş kitabəni Ermənistana daşısalar da, xoşbəxtlikdən sözügedən qala və kurqanların yerini bilmirlər. Ermənistana aparılmış bir çox abidənin kod nömrəsini əldə etmişəm və harada saxlandığını da bilirəm.
- Şuşada, Ağdamda vəziyyət necədir?
- Çox açınacaqlıdır. Şuşada Saatlı məscidi, Aşağı və Yuxarı Gövhərağa məscidləri uçurulub. Olsa-olsa divarlarının bir hissəsi salamat qalıb. O da ona görə ki, 2000-ci ildən bu yana biz haray salır, beynəlxalq təşkilatları köməyə çağırır, mətbuat konfransları keçirir, xarici səfirlikləri məlumatlandırırıq. Bu qınaq təsirini göstərir.
- İşğaldakı abidələrin dəqiq sayını söyləyə bilərsiniz?
- Çətin məsələdir. Sovet dövründə tarix-mədəniyyət abidələrinin qeydiyyatı başdansovdu aparılıb. Gözlə görülənlər qeydə alınıb. Ucqarlar bir yana, Abşeronun özündə azı 40 abidə qeydə alınmayıb. İndi pasportlaşdırılmış abidə tapa bilməzsiniz. Bir dəfə Mədəniyyət Nazirliyindən pasportlu abidə istədim, tapa bilmədlər. Deməli, xeyli abidə qeydiyyatdan kənarda qalıb. Mən özüm Laçında 250 çivarında abidəni qeydə almışam, halbuki dövlət siyahısında cəmi 74 abidə var. Hesablamama görə, azı 2 min abidə işğal altındadır. Onların böyük bir qismi dağıdılıb, bir qisminin forması dəyişdirilib, bir qismi – Qafqaz Albaniyası dövrünə aid – erməniləşdirilib.
- Kitab çıxıb, bəs təqdimat nə vaxt olacaq?
- Təqdimat mərasimini Atatürk Mərkəzində keçirəcəyik, çünki ora genişdir. Arzulayan hər kəsi, ilk növbədə xarici səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrini tədbirdə görmək istərdik. Bir sözlə, sentyabrın 3-də saat 12-də işğal altındakı torpaqların və həm də tarixi abidələrin taleyindən nigaran qalanları Atatürk Mədəniyyət Mərkəzinə dəvət edirik.