Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:37

Mingəçevir Su Anbarında su maksimal səviyyəyə çatıb


Yağan leysan yağışlarına görə Mingəçevir Su Anbarı maksimal səviyyəyə çatıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanovun sözlərinə görə, anbarın maksimal səviyyəsi 83 metrdir, hazırda anbarda suyun səviyyəsi 82,37 metrə çatıb.

Elnar Sultanov deyir ki, anbarda suyun maksimum səviyyəni keçməməsi üçün su buraxılır.

Onun sözlərinə görə, mayın 14-nə kimi havaların qeyri-sabit keçəcəyi və leysan yağışların davam edəcəyi, bunun da nəticəsində Araz və Kür çaylarında sululuğun artacağı gözlənir.

Sinoptiklər Qərb rayonlarında dolu düşəcəyi ehtimal eləyirlər. Onların proqnozuna görə yenidən daşqın və sel gözlənir.
XS
SM
MD
LG