Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Laricani: «Biz Dağlıq Qarabağ münaqişəsinin regional səviyyədə həllinin tərəfdarıyıq»


Əli Laricani
Əli Laricani
İran Dağlıq Qarabağ münaqişəsinin həllinin regional səviyyədə həllinə tərəfdardır və bu istiqamətdə müraciətlər olarsa, səy göstərə bilər.

Bu barədə İran parlamentinin sədri Əli Laricani iyulun 2-də keçirdiyi mətbuat konfransında bildirib.

Ə. Laricani ilk növbədə problemin həll formatının tapılmasının vacib olduğunu söyləyib:

«Təklif etmişik ki, münaqişə sülh və danışıqlar yolu ilə həll olunsun. Biz böyük güclərin regionda hərəkətlərinə tərəddüdlə yanaşırıq. Böyük güclər münaqişə ilə oynayırlar. Bunlar problemlərin həllindən çox öz mənafelərini güdürlər. Minsk Qrupunun uzun müddətdir fəaliyyətinə baxmayaraq, bir iş görməyib. Biz bu problemin həllində regional cəhdlərə üstünlük veririk».

İran parlamentinin sədri ölkəsinin münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib:

«Azərbaycan Minsk Qrupu formatını seçib. Bizdən hər hansı rol istəməyiblər. Biz Minsk Qrupunun üzvü deyilik. Amma islami vəzifəmizə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik». /APA/
XS
SM
MD
LG