Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:12

Şumqayıtlı şair dövlətdən yardım istəyir


Şair Şaiq Vəli dövlətdən yardım istəyir
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00
Direct-ə keçid

Şair Şaiq Vəli ilə əldən-ayaqdan uzaq – heç ünvanı da bəlli olmayan, sadəcə Sumqayıtın keçmiş stansiyası kimi tanınan bir yerdə, yan-yana qeyri- qanuni tikilmiş evlərdən birində görüşürük.

Deyir özünə məxsus olmayan təmirsiz, tavanı uçuq-sökük, divarları çat olan bu evdə yaşayır.

İllər öncə 5 ay ərzində bir oğlunu orduda, digərini isə avtomobil qəzasında itirən şair ikinci dəfə ailə həyatı qurub. İndi 3 azyaşlı uşağı var. Amma özünün dediyinə görə, həyat onu indi də çörək imtahanına çəkir:

«5 ilə yaxındır ki, işsizəm. Yazıçılar Birliyinə, birinci xanıma və prezidentə müraciət etmişəm. 25 ildir ki, Yazıçılar Birliyinin mənzil növbəsindəyəm, indiyədək ala bilməmişəm.

İş üçün dəfələrlə müraciət etmişəm. Mən yaşda adamı başqa yerə, məsələn, tikintiyə işə götürmürlər. 61 yaşım var artıq.

Mənim ümid yerim Yazıçılar Birliyinədir. Çünki mən o cəmiyyətin üzvüyəm, o
Şaiq Vəli

cəmiyyətdə çox istedadsız adamlar özlərinə yer tapa biliblər, amma mən indiyədək heç nə edə bilməmişəm».

17 ŞERƏ GÖRƏ 27 MANAT QONORAR

Kasıb güzəranından, pulsuzluqdan bezən şair iki gün – iyulun 19-20-də 3 azyaşlı balası ilə birlikdə Yazıçılar Birliyinin binasında aclıq aksiyası da keçirib.

Deyir 1987-ci ildən Yazıçılar Birliyinin üzvüdür. Əvvəllər «Azərbaycan» qəzetində şöbə müdiri işləyib.

İndi isə gücü yalnız qələminə çatır, amma şerlərini müxtəlif dərgilərdə dərc etdirsə belə «bu pulla dolanmaq mümkünsüzdür» deyir:

«Bu gün 3 uşaq böyütmək asan deyil. İkisi məktəblidir, onların təkcə məktəb ləvazimatı elə 400 manat pul eləyir.

Hər gün evdən çıxanda fikirləşirəm ki, görəsən hansı mərhəmətli dost 5 manat verəcək ki, uşaqlarıma iki gün çörək ala bilim. Sovet dövründə işləməyən yazıçı qonorarla dolana bilirdi. İndi qonorar deyilən şey də yoxdur. «Ulduz» jurnalında çıxan 17 şerimə görə 27 manat pul almışam».

Şaiq Vəlinin övladları. Azərbaycan Yazıçılar Birliyinin binasında aclıq aksiyası zamanı

QALAQLANMIŞ KAĞIZLARDA ÖMÜR SÜRƏN ŞERLƏR

Şaiq Vəli bizi kitab halında dərc olunmaq üzünə həsəd qalan əlyazmaları ilə tanış edir. Deyir bugünədək yalnız bir kitab ərsəyə gətirə bilib – o da ki 1983-cü ildə nəşr olunub. O vaxtdan bu yana yazdığı onlarla şeri, hekayəsi isə hələ ki, qalaqlanmış kağızlarda ömür sürür. Deyir indi ədəbiyyatın da meyarı itib, gözəl yazılmış şeri günün günorta çağı az qala çıraqla axtarırsan:

«Bu gün ancaq onunla maraqlanırlar ki, kim çox yazıb, soruşmurlar ki, kim nə yazıb. Elə 10 kitab yazanlar var ki, kitabın içində 10 şer yoxdur. 10 kitab yazmaq yox, 10 şer yazmaq lazımdır. Hər şair 10 gözəl şer yaza bilsəydi, həm ədəbiyyatımız təmiz qalardı, həm də sözə hörmət olardı».

Ədalət Əsgəroğlu
«NƏTİCƏ OLMAZSA, ACLIQ AKSİYASINI DAVAM ETDİRƏCƏYƏM»

Şair deyir ki, arzularını yalnız şerlərində dilə gətirməklə həyat artıq davam etmir. Çiyinlərində 3 azyaşlı övladını yaşatmaq yükü var. Dövlətindən, xüsusən də illərdir üzvü olduğu Yazıçılar Birliyindən iş və mənzillə təmin olunmasını tələb edir.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə deyir ki, Şaiq Vəlini istedadlı şair kimi tanıyır, jurnallarda daim dərc olunur, hətta bir dəfə prezidentin təqaüdünə də layiq görülüb. Amma Birliyin sözçüsü onu da deyir ki, çalışdığı qurumda bütün işlər ştatladır və hazırda boş iş yeri yoxdur.

Şaiq Vəli isə bir neçə gün gözləmək qərarına gəlib. Deyir ki, müsbət bir nəticə görməzsə, bundan sonra da aclıq aksiyası keçirəcək, ölkə başçısına bir daha müraciət ünvanlayacaq.
XS
SM
MD
LG