Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Ermənistanda erkən prezident seçkisi


Keçmiş prezident Levon Ter-Petrosyanın (Öndə, soldan ikinci) rəhbərlik etdiyi Erməni Milli Konqresi növbəti mitinqini keçirir. 30 yanvar 2011
Keçmiş prezident Levon Ter-Petrosyanın (Öndə, soldan ikinci) rəhbərlik etdiyi Erməni Milli Konqresi növbəti mitinqini keçirir. 30 yanvar 2011
Ermənistanda müxalifətlə hakimiyyət arasında dialoqun gündəliyi təsdiq edilib. Bu barədə tərəflər iyulun 26-da keçirdikləri görüşdə razılıq əldə ediblər.

Hər iki tərəfdən danışıqlar üçün yaradılan nümayəndə heyətləri Nazirlər Kabinetində bağlı qapılar arxasında görüşüblər. Müxalifət təmsilçilərinin görüşdən sonra verdikləri məlumata görə onların təklif etdikləri dialoq mövzusu olduğu kimi təsdiq edilib.

Müxalifətin birləşdiyi Erməni Milli Konqresi bu dialoqun əsas mövzusu kimi növbədənkənar parlament və prezident seçkisinin keçirilməsini təklif edir. Müxalifət prezident seçkisinin bu il oktyabrın ortasına qədər keçirilməsində israr edir.
Tərəflər bugünkü görüşdə təklifin detallarını deyil, sadəcə özünü müzakirə etdiklərini və onu gündəlik kimi təsdiq etdiklərini deyirlər.

Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi ilə hakim Respublikaçılar Partiyası arasında ilk müzakirə iyulun 18-də olmuşdu. O zaman tərəflər dialoqun gündəliyini razılaşdıra bilməmişdilər.

Erməni Milli Konqresi ötən qış və yaz aylarında bir neçə dəfə çoxminlik kütləvi etiraz aksiyaları keçirərərk 2008-ci ilin prezident seçkisindən sonra baş vermiş toqquşmalara görə həbs edilən tərəfdarlarının çoxunun azadlığa buraxılmasına nail olmuşdu. Müxalifətin həmin mitinqlərində həm də növbədənkənar parlament və prezident seçkisinin keçirilməsi üçün dialoqun başlaınmasını tələb edirdi.
XS
SM
MD
LG