Rusiya prezidenti Dimitri Medvedevlə Şimali Koreyanın lideri Kim Jong İl Buryatiya görüşündə qaz sahəsində əməkdaşlıq etmək razılığına gəliblər.
Agentliklərin məlumatına görə, tərəflər bu məqsədlə xüsusi komissiya yaratmaq qərarına gəliblər.
Bu komissiya Rusiya qazının Şimali Koreya ərazisindən Cənubi Koreyaya ötürülməsiylə bağlı layihə hazırlayacaq.
Liderlər Liviyadakı vəziyyəti də müzakirə ediblər.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Kim Jong İl həmçinin Şimali Koreyanın nüvə proqramıyla bağlı 6 tərəfli danışıqların bərpasına hazır olduğunu bildirib.
Kim Jonq İl ötən həftənin sonundan Rusiyada rəsmi səfərdədir.