Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

Jurnalist və hüquq müdafiəçiləri Naxçıvana gedir


Arxiv foto
Arxiv foto
Sentyabrın 12-də Bakıdan bir qrup jurnalist və hüquq müdafiəçisi Naxçıvana gedir

Bu barədə AzadlıqRadiosuna səfərin təşkilatçısı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov məlumat verib.

Onun deməsinə görə, səfərdə məqsəd Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin məhkəmə prosesində iştirak etmək və Muxtar Respublikada ümumi vəziyyətlə tanış olmaqdır. Emin Hüseynov deyir ki, bir günlük səfər zamanı rəsmi qurumlarla görüşlərə də cəhd olunacaq.

İndiyə qədər bir neçə dəfə Bakıdan və xarici ölkələrdən Muxtar Respublikaya gedən hüquq müdafiəçiləri və jurnalistlər deportasiya olunsalar da Emin Hüseynov deyir ki, hələki onda belə bir narahatlıq yoxdur:

«Məndə hələ heç bir narahatlıq yoxdur. Naxçıvan Azərbaycanın tərkib hissəsidir. Başqa rayonlara getdiyimiz kimi Naxçıvana da gedə bilərik. Orda da Azərbaycan qanunları işləyir. Hər halda hesab edirəm ki, ciddi problemlər olmayacaq. Deportasiya da etsələr gəlib hesabatımızı yazacıyıq ki, bizi deportasiya etdilər».

Emin Hüseynov deyir əgər onlara qarşı hər hansı qanunsuzluq baş verərsə bunun məsuliyyəti birbaşa Naxçıvan Ali icra hakimiyyət orqanlarının üzərinə düşür:

«İndiyə qədər Muxtar Respublikaya jurnalistlərin, hüquq müdafiəçilərin səfərləri olunsa da bu ən böyük heyətdə olan ilk səfərdir və bizimlə tanınmış hüquq müdafiəçiləri də gedirlər. İnanmıram onlara qarşı hər hansı bir təzyiqlər olsun».

Səfər Norveç xarici işlər nazirliyinin dəstəklədiyi layihə çərçivəsində həyata keçirilir.
XS
SM
MD
LG