Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42

Elşad Abdullayev 8-ci video və müraciətini yayıb


Elşad Abdullayevin yaydığı 8-ci video
Elşad Abdullayevin yaydığı 8-ci video
-

Fəaliyyətinə son verilmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayev yeni video yayıb.

Musavat.com-un məlumatına görə, əvvəlkilərdən nisbətən uzun, ikisaatlıq videoda hazırda cinayət işində adı hallandığı üçün 3 aylıq həbsə məhkum edilmiş Arzu Firudin oğlu Kazımov MTN zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil cinayətkar dəstənin kassiri sifətində – «metal alverçisi» ləqəbi ilə tanıdılır.

Video Mahir Abdullayevin yoxa çıxmasından və ya iddia edildiyi kimi, oğurlanmasından 7 ay 1 gün sonra, rektor Elşad Abdullayevin iş otağında 2004-cü il mayın 14-də çəkilib.

Sözügedən videoda Arzu Kazımovla, Elşad Abdullayevin və MTN zabiti Mahir Abdullayevin qayınatası, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) baş direktoru olmuş tanınmış jurnalist Şamil Şahməmmədovun danışıqları yer alıb.

Video ilə yanaşı, E. Abdullayev «Yeni Müsavat» qəzetinə müraciət də göndərib. Həmin müraciətdə vurğulanır ki, bu video hazırda həbsdə olan Arzu Firudin oğlu Kazımovun MTN zabiti Mahir Abdullayevi oğurlayan və bu oğurluqda dövlətin gücündən yararlanan «ölüm eskadronu»nun – Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın kassiri olmasının sübutudur.

Elşad Abdullayev bu videodan əvvəl keçmiş deputat Gülər Əhmədova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacı Ağababa Babayev və Daxili İşlər Nazirliyinin əvvəllər 7-ci şöbə adlanan xüsusi idarəsinin əməkdaşı Rövşən AbbasquliyevRövşanə Əliyeva kimi təqdim olunan bir qadınla söhbətindən gizli çəkilmiş videolar yayıb.
XS
SM
MD
LG